PDF Oxu

Sosial

  • 50

Elmin İnkişafı Fondu və "Thomson Reuters" şirkəti "Web of Science" mükafatları -2016"nı təqdim etdi

Elmin İnkişafı Fondu və "Thomson Reuters" şirkəti "Web of Science" mükafatları -2016"nı təqdim etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters" şirkəti ilə birgə Azərbaycan elm ictimaiyyəti üçün "Web of Science" mükafatları - 2016"nı (Award Ceremony "Web of Science Awards - 2016" for Azerbaijani scientific community) təqdim edib.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata istinadən, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmi aparıcı axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub.

"Thomson Reuters" şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elmin inkişafına görə" ən yüksək mükafatına Bakı Dövlət Universiteti və AMEA Fizika İnstitutu layiq görülüb.

Eləcə də "Web of Science" mükafatına layiq görülən Azərbaycanın nüfuzlu universitet və elmi-tədqiqat qurumları sırasında Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də AMEA-nın bir çox institutlarının adı vardır. "Web of Science" mükafatına Azərbaycanın elmi jurnalları da layiq görülüb.

Mükafatlar, həmçinin, "Web of Science" bazasında indeksləşdirilmiş, beynəlxalq jurnallarda dərc edilmiş və onlarla istinadlar edilmiş elmi əsərlərin müəlliflərinə təqdim edilib.

Mükafatlandırma mərasimindən sonra Bakıda Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün "Thomson Reuters" şirkətinin və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssisləri tərəfindən "Azərbaycanın elmi jurnalları - beynəlxalq səviyyəyə doğru irəliləyiş" mövzusunda seminar-təlim keçirilib.

NƏZAKƏT

Digər xəbərlər