PDF Oxu

Sosial

  • 45

Yasamal rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri açıqlanıb

Yasamal rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri açıqlanıb

"2016-cı ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən bütün sənaye müəssisələri tərəfindən 116551,9 min manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 73,2 faiz təşkil edir". Bunu "Səs" qəzetinə açıqlamasında Stastika Komitəsinin Yasamal rayon şöbəsindən verilən məlumatda bildirilib. Məlumatda o da qeyd olunub ki, nəqliyyat sahəsində 2016-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 1719185,6 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünün səviyyəsinin 124,8 faizini təşkil etmişdir: "Hesabat dövründə fəaliyyət göstərən rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə 483900,6 manat dəyərində xidmət göstərilmişdir. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 101,9 faiz təşkil edir . 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun tikinti kompleksində sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 330176,0 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 52,7 faiz təşkil etmişdir. İstifadə olunmuş vəsaitin 227874,5 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilimişdir və 2015-ci ilin müvafiq dövrünə nisbətən 54,5 faiz azalmışdır. 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1850207,3 min manatlıq məhsul satılmış, dövriyyənin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki ilin eyni dövrünün 89,7 faizini təşkil edərək 517063,7 min manat həcmində olmuşdur. İstehlak məhsullarının 5,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 64,4 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 30,3 faizi isə məhsul bazarlarında satılmışdır. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 618,1 manata çatmışdır".

Qismət İsmayılov

Digər xəbərlər