PDF Oxu

Sosial

  • 46

Daşkəsəndə Dövlət Bayrağı Günü münasibətilə ümumrayon tədbiri keçirilib

Daşkəsəndə Dövlət Bayrağı Günü münasibətilə ümumrayon tədbiri keçirilib

9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq Daşkəsən rayonunda təntənəli ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə rayon ərazisində yerləsən "N" saylı hərbi hissənin zabit və əsgər heyəti, rayon ictimaiyyəti ilə birgə Bayraq Meydanını ziyarət etiblər. Sonra yürüş iştirakçıları rayonun Şəhidlər Xiyabanına baş çəkərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs məzarlarına tər qərənfillər düzüblər. Daha sonra Şəhidlər Xiyabanından başlayaraq, Heydər Əliyev prospekti boyunca hərbi yürüş edən izdiham rayonun Heydər Əliyev Meydanında yürüşü başa çatıb.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev və rayon ərazisində yerləsən "N" saylı hərbi hissənin komandiri əklil və tər gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Ə.Abıyev əsgərləri, zabitləri və rayon ictimaiyyətini təbrik edib: "Sizi və başda Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm Prezidentimiz İlham Əliyev olmaqla 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və qarşıdan gələn 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, sizə yeni-yeni uğurlar, qələbələr, can sağlığı və xoşbəxtlik arzulayıram! Xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan daxili və xarici siyasət müstəqil respublikamızı daha da möhkəmləndirib. Heç kəsə sirr deyil ki, hər bir qüdrətli ordunun arxasında güclü iqtisadiyyat dayanır. Bu uğurlara yüksək səviyyədə nail olmaq üçün ölkə başçısı tərəfindən iqtisadiyyatımızın sürətli inkişafi təmin edilmişdir. Ordumuzun gücləndirilməsi üçün ən müasir texnika və silah-sursat alırıq. Eyni zamanda, ölkəmizin öz milli silah-sursatımızı yerli hərbi sənaye zavodunda istehsal edirik. Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyəti artıb və günü-gündən daha da artır. Məhz bunların nəticəsidir ki, 2016-cı ilin aprel hadisələrində Ermənistanın növbəti təxribatının qarşısı alınan zaman Azərbaycan Ordusu düşmənə layiqli cavab verib. Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq işğal olunmuş ərazi azad edilmiş, və əməliyyat baxımından ordumuzun nəzarəti altına keçibdir. Bizim ən böyük nailiyyətimiz müstəqilliyimiz, azadlığımız və milli bayrağımızdır. Yaşasın Ulu Öndərimizin ideyaları və Onun yaratmış olduğu Azərbaycan Ordusu! Ali Baş Komandanımız, Prezident İlham Əliyevə eşq olsun!".

Çıxışdan sonra "N" saylı hərbi hissənin əsgərləri tədbir iştirakçıları qarşısında öz döyüş hazırlıqlarını nümayiş etdiriblər. Əsgərlərin cəngavər çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Öz döyüş məharətlərini nümayiş etdirən xüsusi təyinatlı əsgərlərimiz tərəfindən tədbir iştirakçıları qarşısına gətirilən şifer lövhəsindən hazırlanmış təcavüzkar erməni bayrağını Daşkəsən rayon icra hakimiyyətinin başçısı Ə.Abıyev güclü yumruq zərbəsi ilə vuraraq çilik-çilik edib, erməni bayrağı darmadağın olunaraq ayaqlar altına salınıb. Sonda hərbçilər ilə birgə Heydər Əliyev Mərkəzi qarşısında xatirə şəkli çəkilib.

Samir

Digər xəbərlər