PDF Oxu

Sosial

  • 67

I YUXU (I) PYOTR

I YUXU (I) PYOTR

Sübh tezdən hələ Günəş öz yerini tutmamış, əl telefonuma zəng gəldi. Danışan mərhum dostum, Sosialist Əmək Qəhrəmanı Yusif İsmayılovun böyük oğlu Abbas idi. Dedim, xeyir ola, ay Abbas, səhərin gözü açılmamış zəng etmisən?

Dedi, şair, İran tərəfindən bir ucaboylu, lap Koroğluya oxşayan bir kişi gəlib. Axşamdan onu yardımçı otaqda saxlayıram. Əlində də iri bir saz var. Amma nə çala bilir, nə də oxuya bilir. Düzü, şübhələnib narkotik maddələr satan alverçiyə oxşadıb sazının küpünü qırıb, içinə baxdım. Amma heç nə çıxmadı. İndi də oturub uşaq kimi ağlayır ki, ya mənə təzə saz alın, ya da ki, sizi Beynəlxalq Məhkəməyə verəcəm. Cibindən ancaq rəhmətlik atam Muxtar kişinin sənə yazdığı kiçik məktub çıxdı. Sən Allah şair, dalınca maşın göndəririk, gəl, bizi bu kəl-peysərin əlindən xilas et. Razılıq verdim. Maşın gəldi, məni Lənkərana apardı. Düzü, aşıq paltarında bu nəhəng kişini görəndə mən də tanımadım. O, məni çölə çıxarıb, bir ağacın altına apardı və dedi. Gəl, tanış olaq. Mən Rusiyanın ən nüfuzlu çarı olan I Pyotram. Onun bu sözündən duruxdum. Dedim, ded Petya, səni başa düşə bilmədim. Nə üçün Şimaldan, öz sərhədlərinizdən yox, məhz İran tərəfdən bura gəlib çıxmısan. Dedi Muxtarın oğlu. Bunun bir neçə səbəbi var. Birincisi, vaxtilə mənim əmrimlə Dərbənd və Bakı Rusiya hərbçiləri tərəfindən işğal olunub. O vaxt dərbəndlilər əllərini "Qurani-Kərim"ə basıb, and içiblər ki, bu Petyanı yıxıb yerə biz müsəlman edəcəyik. Ona görə qorxdum ki, dərbəndlilər məni görüb, qətlə yetirə bilərlər. İkincisi, İranla biz lap qədimdən dostuq. Yadınızdadırsa 1828-ci ildə "Gülüstan" müqaviləsi ilə Azərbaycanı biz ortaq-şərik, bölüşdürdük. İndi də 2 əsrə yaxındır ki, bu müqavilə öz gücünü itirməyib. Rəhmətlik mənim qardaşım İvan həmişə mənə deyərdi ki, çalış İstanbulu da ələ keçir və bütün dünyaya ağalıq et. Düzü, mən çox cəhdlər etdim. Ancaq bir şeyə nail ola bilmədim. Bu gün isə Rusiyanın Türkiyə ilə yaxınlaşmasına çox sevinirəm. Türkiyə, İran, Azərbaycan Rusiyaya müttəfiq olsa, heç bir dövlət bizim qarşımızda at oynada bilməz. Dedim ded Petya, sizin tərcümeyi-halınızı mən yaxşı bilirəm. Siz Rusiya dövlətinin yeganə çarı olmusunuz ki, sizin vəfatınızdan sonra özünüz tərəfindən inşa edilən Peterburq şəhərinin mərkəzində əzəmətli heykəliniz ucalıb. Çoxlu ictimai quruluşlar dəyişsə də, rus çarları bir-birini əvəz etsə də, adınız Rusiya dövlətçiliyində ən uca zirvədə dayanıb. Sizin çar olduğunuz dövrdə Rusiyanın iqtisadi yüksəlişi, hərbi qüdrəti elm və təhsil ocaqları gələcək nəslin maariflənməsində böyük rol oynamışdır. Oğlunuzu edam etməklə, siz rus xalqına çatdırdız ki, mənim məmləkətimdə hamı qanun qarşısında cavab verməlidir. "Sən bunları haradan bilirsən" deyə (I) Pyotr təəccüblə soruşdu. Dedim ded Petya, hər bir kəs dostunun da, düşməninin də tarixini bilməlidir.

- Görürəm, sən hazırlıqlı adama oxşayırsan. Mənim bura gəlişimin məqsədi hazırda Rusiyaya rəhbərlik edən Vladimir Putinə bir neçə məsləhətimi çatdırmaqdır. Atanla görüşdə o, mənə dedi ki, mənim oğlum bu işdə sənə kömək edə bilər. Get onunla görüş. Dedim ded Petya, böyük məmnuniyyətlə gedərəm. Sənin məsləhətlərin nədir? Birinci deynən ki, çar dedi ki, hələlik, reytinqə görə, mənə çatan Rusiyaya ikinci rəhbər gəlməyib. İkinci yeri isə məndən sonra gürcü İyosif Stalin tutub. Düzü, ondan sonra gələnlər biri alkaş, biri maymaq, biri boşbeyin olmaqla məni qane etməyiblər. Lakin sən Vldimir Putinin gəlişi ilk illərdə məni sevindirdi. Gözəl daxili və xarici siyasət aparırdın. Lakin son vaxtlar Ukrayna, Suriya və Gürcüstan məsələlərində yol verdiyin səhvlər bağışlanmazdır. Xüsusilə də, işğalçı Ermənistana dəstək olmağın Rusiyanı get-gedə təklənməyə aparacaq. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamə 25 ilə yaxındır ki, icra olunmadığından, Azərbaycanda 1 milyondan artıq qaçqın ordusu yaranıb. Necə olur ki, ABŞ-ın istəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Amerikanın İraqa, Liviyaya, Əfqanıstana hücum etmək qərarını bir günə həll edib. Lakin Qarabağ problemini bilərəkdən həll olunmasına çalışmır. Bu ABŞ-ı 1945-ci ildən bəri SSRİ-yə qarşı fəaliyyət göstərən institutlarının ən ümdə planıdır. Belə ki, ABŞ və İngiltərə Böyük Vətən müharibəsi dövründə Sovet İttifaqına kömək etməklə başa düşürdü ki, əgər Almaniya bu müharibəni udsa, başda ABŞ olmaqla, bütün dünya ölkələri Almaniyanın buxovundan qurtula bilməyəcəklər. Ona görə də hər iki dövlət SSRİ-yə hərbi sursat və ərzaq qida məhsulları göndərməklə dünyanı bu qara kabusdan xilas olmağa çalışırdılar. Müharibənin Sovet İttifatı tərəfindən qələbə çalmasından sonra Avropada 7, Asiyada isə 4 dövlətin Sovet İttifaqı ilə müttəfiq olması yenidən ABŞ və İngiltərəni narahat etməyə başladı. Ələlxüsus, atom və hidrogen bombalarının kəşfi sovet dövlətinin artan nüfuzunu gücləndirdi. Sonra ABŞ və Qərb dövlətləri oturub birgə plan cızdılar. Belə ki, nəyin bahasına olursa-olsun, Avropada olan 7, Asiyada olan 4 dövləti Sovet İttifaqının blokundan ayrılması üçün milyardlarla pullar xərclədilər. Nəhayət, bu istək həyata keçirildi. Bu gün Avropada olan o demokratik dövlətlərin hamısı Rusiya dövlətinə qarşı düşmənçilik siyasəti yürüdürlər. İkinci proqram isə Sovet İttifaqı daxilində yaradılan 15 müttəfiq respublikanı ayırıb, Rusiyanın caynağından xilas edib, müstəqil dövlət yaratmaq təşəbbüsü idi. Bu istək də qan tökülmədən ustalıqla həyata keçirildi. ABŞ bu fiquranı erməni diasporunun əli ilə tapdı. Bu insan qatili Mixail Qorboçov idi. O vaxt Kremldə Siyasi Büroda ən nüfuzlu, zabitəli insan Sovet dövlətinə ən sədaqətli rəhbər Heydər Əliyev olduğundan bu proqramı həyata keçirmək üçün birinci Onu Siyasi Bürodan uzaqlaşdırmaq lazım idi. Qorbaçov və onun əlaltıları buna nail oldular. Çox qəribədir ki, Sovet İttifaqının dağılmasını öz gözləri ilə görən Stalin məktəbinin yetirməsi Liqoçov hipnoz vəziyyətində qaldı və ağzını açıb bir kəlmə də danışmadı. Beləliklə, 15 müttəfiq respublika ayrı-ayrılıqda dövlətə çevrildi. İndi ABŞ-ın və Qərb dövlətlərinin bir proqramı qalıb. Rusiyanın tərkibində olan 15 muxtar respublikanı və 6 muxtar vilayəti Rusiyanın tərkibindən ayırıb, müstəqil dövlətə çevirməkdir. Buna görə də Dağlıq Qarabağ məsələsində Amerika Birləşmiş Ştatlarının bizə qarşı laqeyd münasibəti bu məqsədi güdür ki, Azərbaycanın tərkibində qondarma "Dağlıq Qarabağ Dövləti" yaransın. Bu hadisədən sonra Rusiyadakı muxtar respublikalar, vilayətlər ayağa qalxıb, özlərinin müstəqil dövlətini yaratsınlar.

Hə oğul, indi nə qədər gec deyil, bu gün Moskvaya yola düş və özünün yazdığın "Üç kəndirbaz" şeirini də özünlə götür. Qoy o şeiri Putin oxusun və başa düşsün ki, bütün dünya haqqın, ədalətin tərəfdarıdır. Ermənilər heç nəyə nail ola bilməyəcəklər.

Abbas bizə qaşqaldağ ləvəngisinə qonaq etdi və xahiş etdi ki, "Üç kəndirbaz" şeirini söylə mən də eşidim.

Üç kəndirbaz əlində

Bu millət qalıb yesir,

20 ildir bu üçlük,

Pambıq ilə baş kəsir.

Külək hamıya bəlli,

Şimaldan, Qərbdən əsir.

Di gəl ki, aldanırıq,

Verilən şirin vədə,

Salıb bizi oyuna,

Üç kəndirbaz, üç gədə.

Hər gəlişdə dəyişən,

Pencəklərin rəngidi.

Bir də həmin mülayim,

Səslərin ahəngidir.

Bu zatı qırıqları

Doğan ana tülküdü.

Bilərəkdən bunları

Durmalıyıq biz qəsdə

Salıb bizi oyuna

Üç kəndirbaz, üç gədə.

Qarabağın açarı,

Putinin seyfindədi.

O da gimnast xanımla,

Bağında kefindədi.

Yusif Sərrac baş nazir,

Dustaqdı evindədi.

Tez-tez barmaq göstərib,

Gəlirlər bizə hədə.

Salıb bizi oyuna,

Üç kəndirbaz, üç gədə.

Deyirlər hər gecənin,

İşıqlı gündüzü var.

Ayın da bizdən küsən,

Görünməyən üzü var.

Bu oyunda vallahi,

Xristian izi var.

Xaç Atası İsadan,

Gəlməsə göydən səda.

Qurtarmaz bu oyunu,

Üç kəndirbaz, üç gədə.

Mən şeiri oyuxub qurtardıqdan sonra I Pyotr ayağa qalxdı, pivə bakalına yarım litr arağı süzüb ded: Yaşasın Rusiya-Türkiyə dünyası.

(İkinci yuxu Keşiş Vazgen olacaq)

Digər xəbərlər