PDF Oxu

Sosial

  • 203

Muxtar respublika dayanıqlı və təhlükəsiz mavi yanacaqla təmin olunur

Muxtar respublika dayanıqlı və təhlükəsiz mavi yanacaqla təmin olunur

"Naxçıvanqaz" İstehsalat Birliyindən verilən məlumata görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar istehlakçılara göstərilən xidmətin keyfiyyəti, həmçinin, xidmətə nəzarət daha da gücləndirilib, istehlakçıların təbii qazla fasiləsiz və təhlükəsiz təmin olunması üçün lazımi tədbirlər görülüb. Muxtar respublikanın qaz təsərrüfatı şəbəkəsi ərazilər üzrə qaz analizatorları vasitəsilə yoxlanılaraq, aşkarlanan qaz sızmaları texniki-təhlükəsizlik qaydalarına uyğun olaraq aradan qaldırılır. Bu istiqamətdə işlərin icrası davam etdirilir. Bundan əlavə, payız-qış mövsümünə uyğun olaraq qəza təmiri üçün ehtiyat bazasına aid polad və polietilen borular, çilingər alətləri, köməkçi avadanlıqlar, işçi heyətinin peşə yönümü üzrə geyim formaları da normaya uyğun bərpa olunub, həmçinin, birlik üzrə maşın və mexanizmlərin, qaynaq avadanlıqlarının texniki vəziyyəti yoxlanılıb.

Qeyd edək ki, "Naxçıvanqaz" İstehsalat Birliyi və onun yerli idarələri qaz itkisinə səbəb olacaq nöqsanları aradan qaldırmaq məqsədilə bu sahəni tam nəzarətə götürüb. Birliyin 104 nömrəli qaynar xətti fəaliyyət göstərir. Gün ərzində həmin qaynar xəttə müxtəlif xarakterli çağırışlar daxil olur. Çağırışlar daxil olan anda birliyin qəza-dispetçer xidmətinin əməkdaşları hadisə yerinə gedir, bütün işlər təlimata uyğun yerinə yetirilərək təhlükəsiz və keyfiyyətli təbii qazın nəqli bərpa olunur. "Naxçıvanqaz" İstehsalat Birliyinin fəaliyyəti dövründə, yəni 2005-ci ilin payızından 1 noyabr 2016-cı il tarixədək aparılmış məqsədyönlü işlərin nəticəsi kimi, ümumilikdə, muxtar respublika üzrə təbii qazdan 84 min 873 əhali abonentinin, 2 min 23 qeyri-əhali abonentinin istifadə etməsi təmin olunub.

Samir

Digər xəbərlər