PDF Oxu

Sosial

  • 72

Tolerantlıq Azərbaycan xalqının genetik yaddaşında kök salmış dəyərdir

Tolerantlıq Azərbaycan xalqının genetik yaddaşında kök salmış dəyərdir

Nardaran Bilik Evində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib

Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşavirliyi xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə ölkə ərazisində silsilə tədbirlər keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan "SƏS"ə daxil olan məlumata görə, Nardaran Bilik Evində Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun mühazirəsi olub.

"Tolerant və multikultural dəyərlərimiz: tarixilik, varislik və müasirlik" mövzusunda keçirilmiş mühazirədə Nardaran Bilik Evinin direktoru millət vəkili Dilarə Cəbrayılova, Sabunçu rayonu 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov, nardaranlı məktəblilər, müəllimlər və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Millət vəkili D.Cəbrayılova çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edildiyini xatırladaraq ölkəmizdəki bütün xalqların qədimdən multikultural ənənələrin hakim olduğu mühitdə birgə yaşadığını deyib.

G.İsmayılov isə tədbir iştiraklçılarına tolerantlıq anlayışı, tarixən Azərbaycan ərazisində mövcud olan birgəyaşayış qaydaları barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına eyni qayğı ilə yanaşılıb. Buna ölkəmizdə milli, irqi və dini zəmində münaqişələrin, qarşıdurmaların olmaması da əyani sübutdur.

Mühazirə interaktiv formada davam edib və maraqlı diskussiyalarla başa çatıb.

Rövşən RƏSULOV

Digər xəbərlər