Siyəzən rayonunun Heydər Əliyev Mərkəzində 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibəti ilə dəyirmi masa keçirilib
Dünən Siyəzən rayonunun Heydər Əliyev Mərkəzində 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibəti ilə dəyirmi masa keçirilib. Tədbirdə Siyəzən rayon Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi və fəalları, eləcə də, rayon müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Tədbiri YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq bildirib ki, əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalq qarşısında ötən əsrin 90-cı illərində dövlət təsisatlarının yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən konstitusiya olmadan etmək mümkün deyildi: "Məhz bu amili nəzərə alan Ümummilli Lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Ötən əsrin 90-cı illərində "Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edən Azərbaycan suveren bir ölkə kimi Dünya Birliyinin üzvü olsa da, qarşıda hüquqi və demokratik dövlət quruculuğu kimi mühüm bir vəzifə dayanırdı. Müstəqilliyi şərtləndirən başlıca amillərdən biri dövlət təsisatlarının yaradılması və bu sahədə olan boşluqların aradan qaldırılması idi. Demokratik cəmiyyət quruculuğu xətti tutan ölkəmizin, ilk növbədə, mükəmməl qanunlar toplusuna ehtiyacı var idi".
YAP Siyəzən rayon təşkilatının qadınlar şurasının sədri, Heydər Əliyev Mərkəznin direktoru Ramilə Seyidova və YAP Siyəzən rayon gənclər birliynin üzvü, Uşaq Yaradıçılıq Mərkəznin direktoru Şəms İslamova çıxış edərək bildirdilər ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb və bunun üçün Prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb və bu layihə böyük coşqu ilə dəstəklənib.
Dəyirmi masa diskussiya və müzakirələrlə başa çatdırılıb.
R.RƏSULOV