YAP Qax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyi münasibətilə şahmat üzrə rayon birinciliyi keçirmişdir. Qax Şahmat Məktəbində keçirilən yarışa rayonda fəaliyyət göstərən müxtəlif idarə və təşkilatlardan qatılıblar. Yarış öncəsi YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov Yeni Azərbaycan Partiyasının yaranma tarixi və zərurəti haqqında qısa məlumat verib: "Sağlam təməl üzərində qurulan Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilərək, Azərbaycanın müstəqilliyi və inkişafı naminə öz dəsti-xəttini göstərmişdir".
Sonra dairəvi sistem üzrə yarışa start verilib. Maraqla izlənilən yarışda partiya üzvlərindən Ələkbər Musayev I yerə, Eldəniz Əzizov II yerə, Şaban Məmmədov III yerə layiq görülüblər. Qaliblər YAP Qax rayon təşkilatı tərəfindən diplom, medal və mükafatla təltif olunublar.
Samir