Tərtər rayon icra hakimiyyəti və YAP Tərtər rəyon təşkilatının birgə təşkilatçılığı ilə 12 Noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq, 12 Noyabr Konstitusiya Gününə həsr olunmuş geniş məruzə ilə çıxış edib: "XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı xeyli sınaqlardan keçib. Həmin vaxt naşı, təcrübəsiz insanların Azərbaycana rəhbərlik etməsi xalqımıza böyük faciələr yaşatdı. Ancaq 1993-cü ildə xalqımızın istəyi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycana dönüşü düşmənlərimizin məkrli niyyətlərini ürəklərində qoydu. Bundan sonra Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Artıq Azərbaycan dünyanın əvəzolunmaz bir hissəsinə çevrilməyə başlamışdı. Xüsusilə də, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan bütün dünyanın diqqət mərkəzinə çevrildi. 1995-ci il noyabrın 12-də Konstitusiyamız qəbul olundu və bununla da Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu".
Mövzu ətrafında Qaraağacı kənd tam orta məktəbinin müəllimi Rəşad Qarayev, rayon təşkilatı gənclər birliyinin üzvü İntiqam Nuriyev, rayon Təhsil şöbəsinin metod-kabinə direktoru, Hüləbətli ərazi ilk partiya təşkilatının sədri Asif Alıkişiyev çıxışlar ediblər.
S.Feyruzov