PDF Oxu

Sosial

  • 77

BSU-da professor Şahlar Əsgərovun kitabının təqdimatı olub

BSU-da professor Şahlar Əsgərovun kitabının təqdimatı olub

Bakı Slavyan Universitetində tanınmış ictimai-siyasi xadim, professor Şahlar Əsgərovun "Kamilliyə gedən yol" kitabının təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nurlana Əliyeva Şahlər Əsgərovun təhsil sahəsindəki səmərəli fəaliyyətindən, pedaqoji-elmi işlərindən, yeni kadrlar hazırlanmasındakı rolundan və "Kamilliyə gedən yol" kitabının elmi məziyyətlərindən ətraflı danışıb. O, alimin dəqiq elmlər sahəsində çalışmasına baxmayaraq, gənclərin təlim-tərbiyəsinə, onların dünyagörüşünün formalaşmasına, Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğun qurulmasına daim xüsusi diqqət yetirdiyini qeyd edib.

Sonra söz müəllifə verilib. Ş.Əsgərov dünya təhsilinin hazırkı mənzərəsini təsvir edərək, reytinq cədvəllərinin hazırlanması prinsiplərinə toxunmuş və Türkiyə Cümhuriyyətinin iki universitetinin həmin cədvəllərdə yer aldığını bildirib. Alim gələcəkdə Azərbaycan universitetlərinin də həmin cədvəllərdə yer ala bilmək üçün çalışmalarının zəruri olduğunu vurğulayıb.

Təhsil eksperti Nadir İsrafilov çıxışında "Kamilliyə gedən yol" kitabının dünya çapına çıxacaq bir əsər olduğunu və Ş.Əsgərovun əsər üzərində uzun müddət çalışdığını bildirib.

Sonda çıxış edən kitabın redaktoru, professor Rafiq Novruzov əsərin Moskvada nüfuzlu "Nauka" nəşriyyatında çapını elmimizin nailiyyətlərindən biri kimi qiymətləndirmiş və yaxın zamanlarda onun ingilis dilində də nəşr ediləcəyini bildirmişdir. R.Novruzov fikrini belə yekunlaşdırıb: "Dünyaya bizi kitablar tanıdır, vaxtilə əsərlərimizin xaricdə çapı mümkün deyildi, müstəqilliyimiz, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artması qapıları üzümüzə açmışdır. Ş.Əsgərovun mükəmməl əsəri həmin silsilədən olan növbəti uğurumuzdur. Arzu edək ki, alimlərimiz bu müsbət ənənəni davam etdirsinlər".

ZÜMRÜD

Digər xəbərlər