PDF Oxu

Sosial

  • 869

Ağcabədidə 12 Noyabr Konstitusiya Günü münasibətilə tədbir keçirilib

Ağcabədidə 12 Noyabr Konstitusiya Günü münasibətilə tədbir keçirilib

Ağcabədi rayon icra hakimiyyəti və YAP Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 12 Noyabr Konstitusiya Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Heydər Əliyev meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad ediblər.

Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini Naibə Mustafayeva 12 Noyabr Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edərək, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət kəsb edən, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıb.

Tədbirdə Ağcabədi rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Ərəstun Quliyev məruzə ilə çıxış edərək, Azərbaycan Konstitusiyasının keçdiyi tarixi yoldan söz açıb: "Sovetlər dönəmində 1921, 1925 və 1937-ci illərdə qəbul edilmiş konstitusiyalar isə mahiyyət etibarilə müstəqil dövlətçilik və suveren xalq anlayışlarına uyğun gəlməyən formal sənədlər olub. 1978-ci ildə qəbul olunan konstitusiyada bir millətin millət ola bilməsi üçün ilk vacib şərtlərindən biri onun dövlət dilinin olması olduğundan, həmin illərdə respublikaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyev konstitusiyada "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" müddəasının olmasına böyük çətinliklə də olsa nail oldu. Bu, o zaman çox böyük addım idi".

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru, YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədr müavini Məhsəti Ağayeva və YAP Ağcabədi rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov çıxış edərək, Azərbaycan müstəqillik əldə etdikdən sonra Yeni Konstitusiyanın hazırlanması zərurəti yarandığı bildirilib. Bunun üçün Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə 1994-cü ildə xüsusi komissiya yaradıldı və 1995-ci ildə konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabr ayının 12-də Ümumxalq Referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

Çıxışlarda qeyd olunub ki, 26 sentyabr 2016-cı il tarixdə keçirilən Ümumxalq Səsverməsi Günü Ağcabədi seçiciləri də yüksək fəallıq göstərərək, seçki məntəqələrinə gəlib vətəndaşlıq borcunu yerinə yetiriblər. Əsas Qanunumuza təklif olunan əlavə və dəyişikliklərə birmənalı şəkildə "NƏ" deyiblər. Bu, bir daha onu sübut edir ki, ağcabədililər öz Prezidentinə, öz dövlətçiliyinə sadiq insanlardır.

ZÜMRÜD

Digər xəbərlər