"Səyyar ASAN xidmət" 14 noyabr - 13 dekabr tarixində Astarada, 14 - 28 noyabr tarixində isə İmişli, Qazax və Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində vətəndaşlara səyyar xidmət göstərəcək.
Qeyd edək ki, "Səyyar ASAN xidmət" avtobusları artıq Azərbaycanın bir sıra bölgələrində əhaliyə xidmət göstərir. "ASAN xidmət"dən qəzetimizə verilən məlumata görə, 24 oktyabr - 22 noyabr Qubada, 7 - 16 noyabr Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 7 - 21 noyabr Naftalanda, 7 noyabr - 6 dekabr tarixlərində Şamaxı və Yevlaxda vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və s. daxildir.
NƏZAKƏT