Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınmış, ümumilikdə, 7 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.
7.11.2016-cı il tarixdə saat 04:40 radələrində Füzuli rayonunun Böyük-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd pozucusunun qarşısı alınmışdır. Sərhəd naryadının "dayan" çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq, havanın qaranlıq olmasından və relyefin xüsusiyyətlərindən istifadə edən sərhəd pozucusu geriyə qaçmağa müvəffəq olmuşdur. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamada ümumi çəkisi 4 kq 578 qram narkotik maddə olan marixuana aşkar olunmuşdur.
7.11.2016-cı il tarixdə Cəlilabad rayonu, Dələli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğulardan daxil olmuş siqnal əsasında əraziyə baxış zamanı 1 ədəd bağlamada 2 kq 500 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülmüşdür. Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
7.11.2016-cı il tarixdə saat 04:40 radələrində Füzuli rayon Böyük-Bəhrəmli kənd zastavasının xidməti sahəsində dövlət sərhəd xəttindən 300 metr aralı maneə çəpərindən 400 metr içəri "Pusqu" sərhəd naryadı tərəfindən İrandan Azərbaycana 1 nəfərin hərəkəti müşahidə edilmiş, "dayan" komandasına tabe olmadığı üçün 1 ədəd 5.45 mm-lik təlim 2 ədəd döyüş gülləsindən istifadə edilmiş, sərhəd pozucusu geriyə-qamışlıq əraziyə girmişdir. Hərbi hissə komandirinin rəhbərliyi ilə axtarış tədbirləri davam etdirilir (sərhəd naryadının başçısı polkovnik-leytenant Sərdar Yaqubov). Baş vermiş hadisə ilə əlaqədar "Kristina" ləqəbli axtarış iti ilə keçirilmiş axtarış tədbirləri nəticəsində dövlət sərhəd xəttindən 150 metr aralı maneə çəpərindən 550 metr içəridə 4 ədəd bağlamada ümumi çəkisi 4578 qram marixuana aşkar olunmuşdur (sərhəd naryadının başçısı kiçik çavuş Samir Baxşiyev).
7.11.2016-cı il tarixdə saat 18:45 radələrində Cəlilabad rayon Dələli kənd ərazisindəki zastavanın xidməti sahəsində işarəverici qurğulardan daxil olmuş siqnal əsasında sərhəd zastavasının şəxsi heyəti "Silaha" komandasına qaldırılaraq, əraziyə baxış keçirilmiş, dövlət sərhəd xəttindən 700 metr aralı, mühəndis çəpərinin dibində, sahibsiz 1 ədəd ağ rəngli bağlamada 2,5 kq heroin (kakos) aşkar olunmuşdur. Əsas nəzarət-iz zolağında iz aşkar olunmamış, lakin köməkçi nəzarət-iz zolağında İrandan Azərbaycana və Azərbaycandan İrana 1 nəfərə məxsus ayaq izləri aşkar olunmuşdur (sərhəd naryadının başçısı baş leytenant Sadiq Həsənov).
Samir Feyruzov