PDF Oxu

Sosial

  • 322

Multikulturalizmin Azərbaycan modeli haqqında diskussiyalar təşkil ediləcək

Multikulturalizmin Azərbaycan modeli haqqında diskussiyalar təşkil ediləcək

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi "Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar" adlı forum çərçivəsində tədbirlər cari ilin 21-25 noyabr tarixlərində Bakı və Avropanın Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərlərində keçiriləcəkdir.

Gəncə şəhərində davam edəcək forumda Avropa gənc alimləri və media təmsilçilərinin iştirakı ilə multikulturalizmin Azərbaycan modeli haqqında diskussiyalar təşkil ediləcək, eyni zamanda, azərbaycanlı və avropalı gənclər arasında Azərbaycanın tarixi Qarabağ torpaqlarının Ermənistan tərəfdən işğala məruz qalması nəticəsində dağıdılmış abidələrlə bağlı birgə elmi məqalələrin hazırlanması və Avropada çap edilməsi barədə, Avropa Gənc Alimlər Şurasının (Eurodoc) təşkilatının xətti ilə avropanın 35 ölkəsində yerləşən gənc alimlər təşkilatlarında və Eurodoc-un 2017-ci il Oslo şəhərində keçiriləcək forumunda Azərbaycan həqiqətlərinin yayılması məsələlərinin müzakirəsi nəzərdə tutulmuşdur.

Dövlət rəsmilərinin də qatılacağı forumun açılış mərasimi 22 noyabr saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcəkdir. Daha sonra tədbir 23-24 noyabr tarixlərində Gəncə şəhərində davam etdiriləcəkdir.

S.Ənvəroğlu

Digər xəbərlər