Dünən YAP Səbail rayon təşkilatının kollektivi və rayon ictimaiyyəti nümayəndələri Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin irsinin araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Ziyarət çərçivəsində mərkəzin bələdçiləri tərəfindən Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən foto və video materiallar barədə ziyarətçilərə ətraflı məlumatlar təqdim olunmuş, Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin fərqli dövrləri haqqında maraqlı faktlar interaktiv formada və qısametrajlı sənədli filmlər şəklində nümayiş olunmuşdur.
Mərkəzin üç mərtəbədən ibarət olan Heydər Əliyev Muzeyi ilə tanışlıq ziyarətçilərdə yüksək təəssüratlar yaratmış, ünikal eksponatlar önündə xatirə şəkilləri çəkdirilmişdir. Ziyarət çərçivəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışının müstəqil dövlətçiliyimizin inkişafındakı müstəsna rolu ziyarətçilər tərəfindən bir daha dəyərləndirilmişdir.
Samir