PDF Oxu

Sosial

  • 338

Dünənin, bu günün və gələcəyin Partiyası!!!

Dünənin, bu günün və gələcəyin Partiyası!!!

Bir neçə gündən sonra Yeni Azərbaycan Partiyasının yaranmasının 24 ili tamam olur. Ötən 24 il ərzində dövlətçiliyimizin inkişafında, müstəqilliyimizin qorunub-saxlanılmasında özünəməxsus rolu olan YAP-ın fəaliyyəti danılmazdır. Yeni Azərbaycan Partiyasının yaranışı Azərbaycan tarixinin son dərəcə ağır, çətin bir dövrünə təsadüf edir. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən 1990-cı ilin əvvəllərinədək bir sıra təşkilatların yaranması ilə başlamışdır. Yaranan bu partiyalar isə ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkədə baş verən bu ağır proseslər xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu səbəbdən də ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir çətin vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Ümummilli Lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. O dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədrlik edən Ulu Öndər Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, Onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması səbəbindən gələ bilmirdi. Elə buna görə də partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda dahi şəxsiyyət Heydər Əliyev yekdilliklə partiyanın Sədri, habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağlam mərkəzyönümlü siyasi partiyadır.Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Tam əminliklə deyə bilərik ki, YAP- bu gün xalqın partiyasına çevrilib. Haqlı olaraq qeyd olunur ki, bu gün ölkədə YAP-la rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur. Ulu Öndərimiz Heydər Əliyev çıxışlarından birində qeyd etdiyi kimi "YAP-dünənin, bu günün, sabahın partiyasıdır".

Bu gün Azərbaycana Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev başçılıq edir. Azərbaycan Heydər Əliyev siyasəti, Heydər Əliyev dəsti-xətti ilə Prezident İlham Əliyev tərəfindən idarə edilir və bütün dünya dövlətləri arasında öz sözünü deməklə yanaşı sevilib-seçilən dövlətlər sırasında yer almağa nail olub. Azərbaycan xalqının iradəsini ifadə edən Prezident İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının Lideridir.

Prezident İlham Əliyevin Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən bir lider olmaqla yanaşı, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının lideridir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn Prezident İlham Əliyevə, Ulu Öndər Heydər Əliyev siyasətinə olan sevgidir ki, partiyanın sıraları günü-gündən, durmadan artmaqda davam edir. Hal-hazırda YAP-ın üzvlərinin sayı 700 mindən çoxdur. Bu da xalqın sevərək seçdiyi iqtidar partiyasına olan güvən və sevgisinin nəticəsi, göstəricisidir.

Ulu Öndərin əsasını qoymuş olduğu gənclər siyasəti gənclərimizə olan diqqət və qayğının ən əsası isə güvənin təcəssümüdür. Bu gün YAP Qadınlar Şurasının və YAP Gənclər Birliyinin fəaliyyəti bunun əyani nümayişidir. Bacarıqlı gənclərin və qadınların irəli çəkilməsi, onlara hər cür şəraitin yaradılması partiyamızın Sədri Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hər seçkidən-seçkiyə partiyanın namizədləri arasında gənclərin və qadınların sayı durmadan artır. Hal- hazırda YAP-ın sıralarında gənclər ümumi göstəricinin 40%-dən çox, qadınlar isə 48%-dən çoxunu təşkil edir. Bu da gənclər və qadınlarımızın da partiyamıza olan sevgisi və güvənini bir daha özündə əks etdirir.

Bu gün 24 illik bir tarixi yaşıyan və xalqına yaşadan bu partiya, hələ bundan sonra da xalqın güvəni və sevgisi ilə uzun müddət yaşayacaq və yaşadacaqdır. Neçə ki, Azərbaycan Ümummili Lider Heydər Əliyev ideyalarına sadiq, bu siyasətlə güvənlə addımlayır, elə bir o qədər də inkişaf edəcək və yaşayacaqdır.

Samirə Allahverdiyeva,

YAP Səbail rayon təşkilatının

məsləhətçisi

Digər xəbərlər