PDF Oxu

Sosial

  • 116

İtaliyalı tədqiqatçı məqaləsində Azərbaycan multikulturalizmindən bəhs edib

İtaliyalı tədqiqatçı məqaləsində Azərbaycan multikulturalizmindən bəhs edib

Beynəlxalq Multikulturalizm Şəbəkəsinin İtaliyadakı nümayəndəsi, Padova Universitetinin tədqiqatçısı Dr. Asessio Stilonun http: //foreignpolicynews.org/ saytında - "Multikulturalizm hələ də yaşayır" başlıqlı məqaləsi dərc edilib.

Məqalədə Azərbaycan tarixən tolerantlığı, eləcə də etnik və mədəni rəngarəngliyi ilə seçilən bir ölkə, atəşpərəstliyin vətəni, Qafqazda xristianlığın ilk məskəni, islam dininin yayıldığı və müxtəlif etnik qrupların sülh şəraitində birlikdə yaşadıqları məkan kimi təqdim olunur.

Məqalədə qeyd olunur ki, Multikulturalizm Azərbaycanın dövlət siyasəti və Azərbaycan xalqının həyat tərzinə çevrilib və Prezident İlham Əliyevin 2016-cı il 10 yanvar Sərəncamı ilə cari il "Multikulturalizm ili" elan edilib: "Bu siyasətin həyata keçirilməsi ilə bağlı Sərəncamın qəbul edilməsi, bir daha göstərir ki, Azərbaycan tolerantlıq və sivilizasiyalararası dialoq ənənələrinə mühüm töhfə verir. Multikulturalizm Şərqi Avropa və Qərbi Asiyanın qovşağında, müxtəlif dinlərin və xalqların birgə yaşadığı Azərbaycan Respublikasında xarici siyasətin mühüm strateji amilinə çevrilmişdir. Qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, ölkə rəhbərliyi multikulturalizm və tolerantlıq ənənələrinin daha da möhkəmlənməsi və inkişaf etdirilməsi üçün zəruri siyasi və sosial şərait yaratmışdır."

Məqalənin tərcüməsində vurğulanır ki, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş müsəlman və qeyri-müsəlman icmaları fəaliyyət göstərir. Jen Mironosets kilsəsinin binası (1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilmişdir) 1991-ci ildə Rusiya Pravoslav kilsəsinə verilib: "2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda bir Rus Provaslav Kilsəsi fəaliyyət göstərir. Katolik icması 1999-cu ildə qeydiyyatdan keçib. Dini mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş bina 2000-ci ildə kilsə kimi fəaliyyətə başlayıb. Roma Katolik Kilsəsi Azərbaycan hökuməti və Vatikan arasında razılaşmaya əsasən, 2007-ci ildə Bakıda inşa edilmişdir. 2500 ildən də uzun müddət ərzində Azərbaycanda məskunlaşmış yəhudilər burada heç vaxt dini dözümsüzlük və ya ayrı seçkiliyə məruz qalmamışlar. Hazırda altı yəhudi icması qeydiyyatdan keçib və ölkədə 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycan dünya mədəni irsinə töhfə verir. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmiş Roma Katakombaları, Strasburq Kafedral Kilsəsinin vitrajları, Parisdə Versal Sarayı Parkındakı ümumbəşəri abidələr, Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı", Parisdə Luvr Muzeyi, Bolqarıstan "Trapezitsa" Memarlıq Muzeyi və bir çox başqa tarixi abidələrin konservasiya və bərpa işlərini qeyd etmək olar."

Məqalədə qeyd olunur ki, Bakı Beynəlxalq Humanitar Forumundan başlayaraq, son illərdə çoxsaylı beynəlxalq tədbirlər keçirilir: "2011-ci ildən paytaxt Bakıda keçirilən forumun məqsədi aktual qlobal humanitar problemlərin elm və mədəniyyət xadimləri tərəfindən müzakirəsi üçün beynəlxalq platforma yaratmaqdır. Bakı Beynəlxalq Humanitar Forumunda dövlət, ictimai xadimlər, görkəmli alimlər, o cümlədən, 13 Nobel Mükafatı laureatı, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər fəxri qonaqlar iştirak etmişlər. BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO ilə əməkdaşlıq etməklə 2011-ci ildən Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. "Bakı prosesi" kimi tanınan bu təşəbbüs sayəsində Azərbaycan mədəniyyətlərarası dialoq və inkluziv əlaqələr üçün şərait yaratma gücünü təsdiq edən ölkə kimi tanınır. Eyni zamanda, "Bakı - 2015" ilk Avropa Oyunları keçirilib və 2017-ci ildə bu şəhər İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Müxtəlif mədəniyyət və dinlərə mənsub insanlar arasında qarşılıqlı hörmət, dini ekstremizmin aradan qaldırılması, mədəni müxtəlifliklərə dəstək və inkluziv cəmiyyətlərdə birgəyaşayış məqsədini daşıyan BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu cari ilin 25-27 aprel ayında Bakıda keçirilmişdir."

Məqalənin sonunda vurğulanır ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən "Multikulturalizm ili" çərçivəsində Azərbaycan multikulturalizmi ilə bağlı nəzəri və praktiki biliklərini dərinləşdirmək istəyən tələbə və tədqiqatçılar üçün hər il Yay və Qış Məktəbi təşkil olunur: "2016-cı il oktyabr ayında Bakıda səfərdə olan Roma Papası Fransis Prezident İlham Əliyevlə rəsmi görüşündən sonra Azərbaycanı dini tolerant ölkə kimi qiymətləndirmişdir."

Tərcümə edən

DQİDK-nın Xarici əlaqələr şöbəsinin məsləhətçisi Fidan İsmayılova

Digər xəbərlər