PDF Oxu

Sosial

  • 112

Milli Məclisin komitə sədri: "Bu dəyişiklərlə vəzifəli şəxlsərin sui-istifadə hallarının qarşısı alınacaq"

Milli Məclisin komitə sədri: "Bu dəyişiklərlə vəzifəli şəxlsərin sui-istifadə hallarının qarşısı alınacaq"

Milli Məclisinin Aqrar Siyasət Komitəsinin iclası keçirilib. İclasda "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Hidrometeorologiya fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Komitə sədri Eldar İbrahimov bildirib ki, dəyişikliklər "Normativ-hüquqi aktlar haqqında" Konstitusiya qanunun tətbiqi ilə əlaqədardır. O, təklif edilən dəyişikliklərin vacib olduğunu bildirib: "Bu dəyişikliklər dövlət orqanı, vəzifəli şəxs öz səlahiyyətlərini həyata keçirərkən onun tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısını almağa xidmət edir.

Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirib ki, təklif olunan dəyişikliklər olduqca vacibdir: "Orada "ola bilər", "baxa bilər" kimi qeyri-müəyyən ifadələr "olmalıdır", "baxmalıdır" ifadələri ilə əvəz olunub. Yəni qanunun hökmü olmalıdır".

Samir

Digər xəbərlər