16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü ilə bağlı mühazirələr təşkil olunub
Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə ölkə ərazisində silsilə tədbirlər keçirilib.
Ölkənin müxtəlif bölgələri əhatə olunmaqla mühazirələr 49 şəhər və rayonun Heydər Əliyev Mərkəzində, 5 Gənclər Mərkəzi, YAP rayon təşkilatı və Mədəniyyət Evində, bir sıra elm və təhsil müəssisələrində, eləcə də Rus Pravoslav Kilsəsində (ümumilikdə, 69 idarə və təşkilatda) keçirilib.
Müxtəlif xalqların, etnik qrupların nümayəndələrindən ibarət auditoriya qarşısında 14 millət vəkili, AMEA-nın 12 alim və tədqiqatçısı, ali məktəblərin 27 professor və dosenti, 27 elm, təhsil və mədəniyyət işçisi, tanınmış ziyalılar çıxış etmişlər. Mühazirəçilərdən 2 nəfəri akademik, 4 nəfəri elmlər doktoru, professor, 36 nəfəri fəlsəfə doktoru, dosentdir.
Akademik Möhsün Nağısoylu Ağsu rayonunun Heydər Əliyev Mərkəzində, akademik Vasim Məmmədəliyev Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində, Milli Məclisin üzvləri Sona Əliyeva Şəmkir Bilik Evində, Aydın Mirzəzadə Səbail rayon icra hakimiyyətində, Qənirə Paşayeva Tovuz rayonunun, Rəfail Cəbrayılov Nizami rayonunun, Fuad Muradov Xətai rayonunun, Mixail Zabelin Qaradağ rayonunun, Elşad Həsənov Yasamal rayonunun Heydər Əliyev mərkəzlərində, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Nardaran Bilik Evində yerli əhali ilə görüşüblər.
AMEA-nın alimləri Mətləb Mahmudov Tərtər rayonunun, İlham Məmmədzadə Sumqayıt şəhərinin, Elsevər Səmədov Ucar rayonunun, Radif Mustafayev Yardımlı rayonunun, Nazim Əliyev Neftçala rayonunun, Sənan Həsənov Göyçay rayonunun Heydər Əliyev mərkəzlərində Beynəlxalq Tolerantlıq Günü ilə bağlı mühazirələr deyiblər.
İnteraktiv formada keçən mühazirələrdə etnik qrupların nümayəndələri, yeniyetmələr və gənclər, yerli ziyalılar iştirak ediblər.
NƏZAKƏT