PDF Oxu

Sosial

  • 534

Multikulturalizm Mərkəzinin Drezden filialında Beynəlxalq Tolerantlıq Günü qeyd olunub

Multikulturalizm Mərkəzinin Drezden filialında Beynəlxalq Tolerantlıq Günü qeyd olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialında 16 Noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Almaz Məmmədov, SİLUB Kitabxanasinin direktoru professor Tomas Burger və Drezden şəhər meriyasının şöbə müdiri İrma Castillo, Maissen şəhər meriyasinin xarici ölkələrlə iş şöbəsinin müdirinin müavini, əslən Bakıdan olan doktor Lora Valter, Avropa Azərbaycanlilari Konqresinin Prezidenti Samira Patzner-İsmayılova, Drezden şəhər meriyasının deputatları, nüfuzlu ictimai xadimləri və Drezden Universitetinin professor-tələbə kontingenti iştirak edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, mərasimi BBMM-in Drezden filialının icraçı direktoru Birgit Vaysgerber açaraq tolerantlığın və multikulturalizmin Azərbaycanda əsrlərə söykənən həyat tərzi və dövlət siyasətində aparıcı xətt olduğunu vurğulayıb.

Filialın müşaviri Ağa Hüseyn Babayev Azərbaycanın multikultural dəyərləri və tolerantlıq ənənələrindən söz açıb.

Tədbirdə vaxtilə Azərbaycanda Neft Akademiyasının tələbəsi olmuş Jan Gueiber Bakı ilə bağlı xatirələrini bölüşüb.Tədbir ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

NƏZAKƏT

Digər xəbərlər