PDF Oxu

Sosial

  • 117

Tərtərli yeniyetmələr "Ölkəmizi tanıyaq" tur-aksiyasına qoşuldular

Tərtərli yeniyetmələr "Ölkəmizi tanıyaq" tur-aksiyasına qoşuldular

Məktəblilərindən ibarət qrup tur-aksiyada iştirak etmək üçün Lənkəran-Masallı-Astara istiqaməti üzrə yola salınıblar

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə "Ölkəmizi tanıyaq" adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Tərtər rayonunun məktəbliləri də qoşulublar. Belə ki, noyabrın 17-də Tərtərdə rayonun məktəblilərindən ibarət qrupun Lənkəran-Masallı-Astara istiqaməti üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, məktəbliləri 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə və tur-aksiyada iştirak etdiklərinə görə təbrik edib. M.Məmmədov qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən 2014-cü ildən etibarən 9-11-sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi altında keçirilən maarifləndirici tur-aksiyalar məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.

Tur-aksiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın cənub bölgəsinə yola düşüblər.

Rövşən RƏSULOV

Digər xəbərlər