PDF Oxu

Sosial

  • 353

Qusarda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Qusarda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Dünən YAP Qusar rayon təşkilatının iclas zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.

Tədbiri YAP Siyasi Şuranın üzvü, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illik tarixi dövrünə nəzər salıb, ictimai-siyasi prosesləri diqqətə çəkib. O bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü ilə yaranmışdır: "Ölkəni bürümüş dərin siyasi-iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək, bu məqsədlə Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir şəraitdə 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Heydər Əliyevə müraciət göndərildi. Beləliklə, çətin situasiyada müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən ümumxalq partiyası - Yeni Azərbaycan Partiyası yarandı".

D.İbramxəlilov partiyanın üzvü olan hər bir azərbaycanlının bu partiyanın sıralarında olmasını özünə şərəf bildiyini söyləyib. Bu gün Azərbaycan Prezidenti, Partiyanın Sədri İlham Əliyev tərəfindən Heydər Əliyevin ideyalarının yüksək səviyyədə həyata keçirildiyini bildirən rayon təşkilatının sədri müasir dövrdə əldə olunan nailiyyətlərə də nəzər salıb.

Tədbirdə YAP Qusar rayon təşkilatının sədr müavini Nadirşah Şirinov, rayon ağsaqqallar şurasının sədri Vahid Mehdixanov, YAP rayon təşkilatının qadınlar şurasının sədri Kəmalə Qlıçova, YAP rayon təşkilatının gənclər birliyinin sədri Zeynal Əskərov və partiya veteranı Telman Kazımov çıxış edərək, YAP-ın keçdiyi tarixə qısa nəzər salıblar. YAP-ın gördüyü işlərin böyük bir tarixə bərabər olduğu qeyd edilib. Azərbaycanın bu gün iqtisadi-siyasi və mədəni cəhətdən inkişaf etmiş dövlət olduğunu qeyd edərək, bu inkişaf mərhələsində YAP-ın da özünəməxsus rolu olduğunu əminliklə ifadə ediblər.

Tədbirin sonunda partiyanın veteranları olan Telman Kazımova və Zərifə Məmmədovaya hədiyyələr, YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

NƏZAKƏT

Digər xəbərlər