PDF Oxu

Sosial

  • 391

6 saylı məktəbdə Dirçəliş Günü ilə bağlı tədbir keçirildi

6 saylı məktəbdə Dirçəliş Günü ilə bağlı tədbir keçirildi

Tədbirdə Prezident İlham Əliyevin keçdiyi tarixi və şərəfli yoldan danışılıb

17 Noyabr Dirçəliş Günü münasibətilə YAP Səbail rayon təşkilatı qadınlar şurası və 6 saylı məktəb-liseyin təşkilatçılığı ilə birgə tədbir keçirilib. Tədbir keçirilən zaman zala Azərbaycan Bayrağı gətirilib və Dövlət Himni səsləndirilib. Tədbirdə YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri Təranə Kərimova çıxış edərək, ölkə tarixində önəmli yerlərdən birini tutan Dirçəliş Günü haqqında danışıb bilgilər verib. O, məktəbliləri əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, hər bir yeniyetmə dövlətçilik ənənələrinə sədaqət, azərbaycançılıq ideyalarına məhəbbət bəsləyərək, böyüməyi və cəmiyyətə layiqli vətəndaş kimi tədrisdə və təhsildə yeni uğurlara imza atmağı özünə həyat kredosu kimi seçməlidir.

Məktəbin direktoru Gülşən Orucova çıxış edərək məktəbin ən şöhrətli və ləyaqətli məzunu Prezident İlham Əliyevin keçdiyi şərəfli yoldan danışıb, Onun məktəbin hər bir şagirdinə və bütün gənclərə örnək olduğunu vurğulayıb. G.Orucova şagirdlərə tarixi keçmişimizi unutmamağı, yüksəkdə dalğalanan bayrağımızın Qarabağda ucalacağı əminliyi ilə müvəffəqiyyətlər arzulayıb.

Tədbirin sonunda məktəbin istedadlı şagirdlərinin bədii proqramı nümayiş olunub. Teatrlaşdırılmış səhnədə yuxarı sinif şagirdləri xanlıqlar dövründə kənar təhdidlərə qarşı bir və birgə olmaq ruhunu aşılayıb, aşağı sinif şagirdləri isə vətənpərvərlik mövzusunda mahnıları oxuyaraq, şeirlər səsləndiriblər.

Rəfiqə

Digər xəbərlər