Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüb. Rektor Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Ali Məktəbin fəaliyyət istiqamətlərindən söz açaraq, qısa müddət ərzində, görülən işlər və islahatlardan danışıb. Elmar Qasımov tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən bəhs etdi. O, BANM-in müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin, beynəlxalq və yerli şirkətlərlə, o cümlədən, beynəlxalq qurumlar ilə geniş əlaqələrinin inkişafından söz açdı.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab səmimi qəbula görə təşəkkür edib. Səfir BANM ilə təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına maraq göstərdiyini bildirdi. O, Almaniyanın müvafiq universitetləri ilə ali məktəb arasında əlaqələrin yaradılması imkanlarından söz açdı.
Görüşdə, o cümlədən, universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda rektor Elmar Qasımov səfirə BANM-in "Fəxri qonaq" diplomunu təqdim etdi. Səfir ali məktəbin "Fəxri qonaq" kitabına ürək sözlərini yazdı.
Səfir BANM-in tədris auditoriyalarını gəzərək, tələbə-müəllim heyəti ilə də görüşüb.
ZÜMRÜD