PDF Oxu

Sosial

  • 410

Dövlət atributlarımıza olan sevgi vətənpərvərliyin təzahürüdür

Dövlət atributlarımıza olan sevgi vətənpərvərliyin təzahürüdür

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu" layihəsi çərçivəsində "Dövlət atributlarına hörmət və vətənpərvərlik hissinin yüksəldilməsi" mövzusunda mətbuat konfransı keçirib.

Layihə rəhbəri Məlahət Xəlilova mətbuat konfransını açıq elan edərək bildirib ki, Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu"layihəsi çərçivəsində növbəti tədbirini keçirir. Tədbir "Dövlət atributlarına hörmət və vətənpərvərlik hissinin yüksəldilməsi" mövzusuna həsr olunub.

M.Xəlilova əlavə edib ki, Ulu Öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Heydər Əliyev bu barədə demişdir: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".

Tədbirdə çıxış edən yazıçı Əkbər Qoşalı bildirib ki, dövlətin rəsmi fərqləndirici əlamətlərindən biri dövlət bayrağıdır və onun təsviri, əsasən, konstitusiyada qanunvericiliklə təsbit olunur. Dövlət bayrağı, eyni zamanda, məxsus olduğu dövlətin suverenlik rəmzidir.

ABUC-un sədri, yazıçı Yunus Oğuz çıxışında qeyd edib ki, bu gün milli tərbiyə və təhsilimizin, milli ideologiyamızın qarşısında duran ən vacib məsələlərdən biri milli bayrağımızın tarixini, onun rəng palitrasının və üzərindəki rəmzlərinin məna və funksiyalarını təbliğ etməkdən, uşaqlara gənc nəslə öyrətməkdən ibarətdir. O, əlavə edib ki, Azərbaycanın dövlət bayrağı "trikolor" ("üç rəngli") bayraqlar sırasına daxildir: "Müasir dövrdə bir çox dövlətlərin də bayraqları "trikolor"dur. Lakin bizim milli bayrağımız dünyada mövcud olan "trikolor"lardan rəng düzümü ilə bərabər, üzərində digər simvonların olmasına görə də fərqlənir. Dövlət bayrağımızda 3 rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini bildirən "türkçülük, islamçılıq və müasirlik" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Huseynzadədir. Onun fikrincə, TÜRKLƏŞMƏK milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi, İSLAMLAŞMAQ islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdiriiməsi, MÜASİRLƏŞMƏK isə Avropa elm və texnikasının nailiyyətlərini öyrənib onun nəticələrini öz milli elm və mədəniyyətinin inkişafına istiqamətləndirmək, demokratiya ənənələrindən istifadə etmək deməkdir.

Qarabağ qazisi Nahid Canbaxışlı qeyd eti ki, vətənpərvərliyin təbliği yüksək səviyyədə olanda əsgərlərin döyüş ruhu da yüksək olur. Şair Əbülfət Mədətoğlu bildirdi ki,gəncləri vətənpərvər kimi yetişdirmək üçün ilk olaraq onlarda milli atributlarımıza hörmət və məhəbbət hissini aşılamalıyıq.Bu hisslərə malik olan gənc gələcəyin milli qəhrəmanıdır.

Samir

Digər xəbərlər