PDF Oxu

Sosial

  • 321

YAP-ın yaranmasının 24-cü ildönümü Masallıda qeyd olundu

YAP-ın yaranmasının 24-cü ildönümü Masallıda qeyd olundu

Dünən YAP Masallı rayon təşkilatında "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" mövzusunda tədbir keçirilmişdir. Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükut ilə yad edilmişdir.

YAP Masallı rayon təşkilatı gənclər birliyinin sədr müavini Cəlal Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, yüksək naliyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının Sədr olduğu Yeni Azərbaycan Partiyasının, bilavasitə fəaliyyəti ilə bağlıdır: "Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətimizin dünyada layiqli yer tutması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması kimi mühüm vəzifələri öz üzərinə götürmüşdür. Partiyanın yaranması həmin dövrün siyasi proseslərinin gərgin olduğu, ölkənin uçuruma yuvarlandığı bir zamana təsadüf edir. Məhz bu dövrdə xalq ölkənin məhv olmaması üçün çıxış yolu axtarır, cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq, ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Ümummilli Liderin bir siyasətçi kimi təcrübəsi və hadisələrə uzaqgörən yanaşma tərzi, daim milli maraqlarımızdan çıxış etməsi qısa müddət ərzində müdrik siyasətçinin ətrafına on minlərlə insanı topladı və Yeni Azərbaycan Partiyası adlı yeni siyasi partiya yarandı.

YAP Masallı rayon təşkilatı gənclər birliyinin üzvü Vafiq Xəlilov çıxış edərək bildirmişdir ki, bu günlərdə Azərbaycanda bayramlar bir-birinə qarışıb. Qısa zaman kəsiyində ölkədə 9 Noyabr Dövlət Bayrağı Günü, 12 Noyabr Konstitusiya Günü və 17 Noyabr Milli Dirçəliş Günü qeyd olunub. Ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən digər bir hadisə isə Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümüdür.

YAP-ın gənc fəalları Tural İsayev, Sarxan Əhmədov, Lalə Seyidzadə, Sübhan Şiriyev, Rövşən Muxtarov, Flora İbadova və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi gənclər siyasətindən bəhs etmişlər.

Tədbirin sonunda YAP-a yeni daxil olmuş partiya üzvlərinə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Samir

Digər xəbərlər