AMEA Mərkəzi-Elmi Kitabxanasının ümumi iclası keçirilib. İclası giriş sözü ilə açan MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova ilk öncə MEK-in Kitabxana-Xidmət şöbəsinin Fondların mühafizəsi bölməsinin Nadir Kitab Fondunun əməkdaşı, əməkdar mədəniyyət işçisi Adilə Məmmədovanın təqaüdə yola salınması ilə bağlı çıxış edib. MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova, Rəqəmsallaşdırma bölməsinin rəhbəri Elmar Quliyev və Milli Rəqəmsal Yaddaş şöbəsinin baş mütəxəssisi Günel Əhədova Belarus Milli Kitabxanasındakı ezamiyyət və təcrübə mübadiləsi barədə slaydlı hesabat təqdim ediblər. Daha sonra direktor Leyla İmanova Özbəkistan Respublikasına Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan Elmlər Akademiyalarının Elmi Kitabxanaları Assosiasiyasının yaradılması məqsədilə etdiyi səfər haqqında hesabatla çıxış edib. Daxili resurslar hesabına MEK-in strukturunda islahatların aparılmasının vacibliyi vurğulanıb.
Daha sonra "Qədim kitabların və nadir nüsxələrin Bərpa Mərkəzi" və "Rəqəmsallaşdırma Mərkəzi"nin yaradılması məsələləri müzakirə olunub. AMEA Mərkəzi Elmi-Kitabxanasının fondlarında 14000 nadir nüsxə, 80000 Şərq ədəbiyyatı nümunələri, Azərbaycan Respublikasındakı 17 ən qədim kitab abidələrinin olmasını, bu mənbələrin əsaslı şəkildə bərpa və konservasiyaya ehtiyacının olmasını, eləcə də, kitabxana xidmətlərinin elektron formata keçməsini, rəqəmsallaşdırma işlərinin sürətlə və iri həcmdə aparılmasını nəzərə alaraq, Mərkəzi-Elmi Kitabxanada "Qədim kitabların və nadir nüsxələrin Bərpa mərkəzi" və "Rəqəmsallaşdırma Mərkəzi" şöbələrinin yaradılması qərarı verilib.
"Dərbəndnamə" kitabı mərkəzi elmi kitabxanada mühafizə olunur
AMEA Mərkəzi-Elmi Kitabxanasının Nadir Fondunda Məhəmməd Əvabinin məşhur "Dərbəndnamə" əsəri mühafizə olunur. Əsər Dərbənd və Şirvanın XVII əsr tarixindən bəhs edir. 1851-ci ildə nəşr olunmuş əsərin ingilis dilinə tərcüməsinin müəllifi Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü, rus şərqşünası, tarixçi və filoloq Mirzə Kazımbəydir. Qeyd edək ki, Mirzə Kazımbəy "Dərbəndnamə" kitabının tərcüməsinə görə Demidov mükafatına layiq görülüb. Məlumat üçün bildirək ki, Nadir kitab fondunda 14754 kitab saxlanılır.
Samir