PDF Oxu

Sosial

  • 331

"Azərbaycan tolerantlıq nümunəsidir" mövzusunda dəyirmi masa keçirilib

"Azərbaycan tolerantlıq nümunəsidir" mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ağdaş rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində 16 Noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "Azərbaycan Tolerantlıq nümunəsidir" mövzusunda dəyirmi masa keçirilib.

Bilik Fondunun mühazirəçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodiki mərkəzinin direktor müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov "Dövlət orqanlarında tolerantlıq prinsiplərinin həyata keçirilməsinin hüquqi təminatları" adlı geniş məzmunlu məruzə ilə çıxış edib: "Demokratik vətəndaş cəmiyyəti quruculuğu, informasiya cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət idarəetmə sisteminin əsaslı şəkildə dəyişdirilməsini, bu sahədə məqsədyönlü islahatların davamlı olaraq həyata keçirilməsini zəruri edir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu islahatlar müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir." Məruzə tədbir iştirakçılarının marağına səbəb olub və geniş müzakirə edilib, mühazirəçiyə ünvanlanan suallar cavablandırılıb. Dəyirmi masada Ağdaş rayon icra hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və rayon ictimaiyyətinin nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi iştirak edib.

"Azərbaycan ədəbiyyatında Qusar mövzusu" kitabının təqdimatını keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qusar Şəhər Mərkəzi Kitabxanasının iclas zalında Qusarda yaşayıb-yaradan tanınmış şair, jurnalist, tərcüməçi və publisist Həsən Xasıyevin yenicə işıq üzü görmüş "Azərbaycan ədəbiyyatında Qusar mövzusu" kitabının təqdimatını keçirib. Fondun Ölkədaxili Layihələr Sektorunun müdiri Hacı Abdulla təmsil etdiyi qurumun kitab təbliği sahəsində maarifçilik fəaliyyəti, "Multikulturalizm ili" çərçivəsində bölgələrdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Bölgənin ağsaqqal ziyalıları; Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şair-publisist Hacıbala Qaflanov, pedaqoji elmləri namizədi, şair Möhübbət Həsənov, mərkəzi kitabxananın direktoru Zahir Mustafayev on kitabın müəllifi olan Həsən Xasıyevin yaradıcılıq yolu, son kitabının məziyyətləri, Azərbaycan ədəbiyyatının zənginləşməsində ləzgi şair və yazıçılarının töhfələrindən danışıblar. Çıxışlarda kitabın dəyərli tədqiqat əsəri olduğu faktlarla vurğulanıb. Məktəblilərin, yerli şairlərin ifasında Azərbaycan və ləzgi dillərində şeirlər oxunub. "Qızıl qələm", "Araz" mükafatçısı H.Xasıyev ona və yaradıcılığına göstərilən diqqətə görə Dövlət müşaviri akademik Kamal Abdullayevə, Bilik Fondunun və rayon icra hakimiyyətinin rəhbərliyinə, tədbir iştirakçılarına minnətdarlığını bildirib, gələcək yaradıcılıq planlarından danışıb, şeirlərini oxuyub, suallara cavab verib. Tədbir iştirakçıları Həsən Xasıyevin yaradıcılıq yolunu əks etdirən kitab və məqalələrin sərgisi ilə tanış olublar, xatirə şəkilləri çəkdiriblər.

Samir

Digər xəbərlər