PDF Oxu

Sosial

  • 484

Abonentlər dayanıqlı elektrik enerjisi ilə təmin olunur

Abonentlər dayanıqlı elektrik enerjisi ilə təmin olunur

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, elektrik stansiyalarında, yüksək və aşağı gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında ilboyu əsaslı və cari təmir işləri aparılır. Oktyabr ayında da bu tədbirlər davam etdirilmiş, muxtar respublikanın şəhər və kəndlərində 2 yeni transformator yarımstansiyası quraşdırılmış, 6 kilometr uzunluğunda yeni elektrik verilişi xətti çəkilmiş, 3 kilometr uzunluqlu hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilmişdir. Bu dövrdə Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 11 transformator təmir edilərək, şəbəkələrə qaytarılmışdır.

Muxtar respublikada bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulmuş, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilmiş, Naxçıvan şəhərində 570 smartkart tipli sayğac quraşdırılmışdır. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilir.

Digər xəbərlər