PDF Oxu

Sosial

  • 448

Yeni Azərbaycan Partiyası - 24 illik şərəf yolu

Yeni Azərbaycan Partiyası - 24 illik şərəf yolu

Sumqayıtlılar YAP-ın 24-cü ildönümünü böyük coşqu ilə qeyd etdilər

Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev məruzə ilə çıxış edərək partiyanın yaranması tarixindən, 24 illik şərəfli yolundan, Ulu Öndər Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasətindən və partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətindən danışıb.

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, partiyanın ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb: "Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizdə qazanılan uğurlarda Yeni Azərbaycan Partiyası mühüm rol oynayıb".

Z.Fərəcov Ümummilli Liderin əsasının qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə çevrildiyini qeyd edib.

Digər çıxış edənlər - partiya veteranları Orucəli Allahverdiyev, Mahmud Lələdağ, YAP Sumqayıt şəhər təşkilatının qadınlar şurasının sədri Nailə Cəlilova, gənclər birliyinin sədri Elvin Məmmədzadə Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən danışıblar.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər