PDF Oxu

Sosial

  • 313

YAP ölkəmizin siyasi arenasında təkanverici qüvvədir

YAP ölkəmizin siyasi arenasında təkanverici qüvvədir

Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibətilə YAP İsmayıllı rayon təşkilatında dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, YAP XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə cərəyan edən mürəkkəb ictimai-siyasi şəraitdə siyasi səhnəyə qədəm qoyub: "Müstəqilliyin ilk illərində ölkəni düşdüyü dərin siyasi böhrandan, fəlakət həddinə çatmış sosial-iqtisadi geriləmədən və torpaqlarımızın işğalı təhlükəsindən xilas edəcək yeni bir siyasi qüvvəyə ciddi ehtiyac duyulurdu. O zaman müdrik xalqımız bu siyasi qüvvənin yalnız Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaranacağına şübhə etmirdi".

Rayon təşkilatının sədri 21 noyabr 1992-ci ilin ictimai-siyasi fikir tariximizin ən əlamətdar təqvimlərindən biri olduğunu və həmin tarixdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının yaradıldığını bildirib: "Bu gün Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə YAP beynəlxalq mühitdə siyasi əməkdaşlıq, sivilizasiyaların dialoqu tərəfdarı kimi çıxış edərək milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının təbliği və inkişafı istiqamətində mühüm işlər görür. Bütün bunlar YAP-ın dünyanın siyasi təşkilatları arasında nüfuzunu artırır, Azərbaycan cəmiyyətindəki mövqeyini möhkəmləndirir, xalqımızın partiyanın ideoloji xəttinə dəstəyini artırır, siyasi qüdrətini şərtləndirir".

Tədbirdə çıxış edən RİHB-nın müavini, rayon təşkilatının idarə heyətinin üzvü Sevil Əhmədova, YAP rayon təşkilatının sədr müavinləri Rüstəm Səmədov, Taleh Salehov, rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova, idarə heyətinin üzvü Olqa Jabina, partiya veteranları Valeh Salehov, Yaşar Nuriyev, ictimai birliklərin və digər partiyaların nümayəndələri Vidadi Zərbiyev, Şahməmməd Dağlaroğlu və başqaları partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, əhəmiyyətindən danışaraq qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin parlaq zəkasının məhsulu olan YAP ölkəmizin siyasi arenasında təkanverici qüvvədir.

Tədbirin sonunda partiyaya yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olundu.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər