PDF Oxu

Sosial

  • 438

YAP Ağsu rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü qeyd olunub

YAP Ağsu rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü qeyd olunub

Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.

Dövlət himni səsləndikdən sonra YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov Yeni Azərbaycan Partiyasının 24-cü ildönümünün bütün xalq tərəfindən, vətənini, dövlətini sevən, onun bu gününə, sabahına, xoşbəxt gələcəyinə biganə qalmayan bütün vətəndaşlar tərəfindən yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edildiyini böildirib.

Yeni Azərbaycan Partiyasının yaradılmasının o dövrün tələbi olduğunu deyən Ə.Hüseynov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi qüvvənin formalaşması zərurətə çevrilmişdi: "1990-cı illərin əvvəlində hakimiyyətdə olanların səriştəsiz siyasəti nəticəsində Azərbaycan uçuruma sürüklənirdi. Ölkəmizdə iqtisadi-siyasi böhran dərinləşirdi, xalqın həyat səviyyəsi pisləşirdi. Belə bir şəraitdə insanların sabaha inamları qalmamışdı. Cəmiyyətdə belə bir rəy formalaşmışdı ki, Azərbaycanı yalnız bu bəladan Ümummilli Lider Heydər Əliyev xilas edə bilər. Ona görə də, ölkəmizin nüfuzlu 91 ziyalısı Ulu öndər Heydər Əliyevə müraciət etdilər".

Yığıncaqda təhsil işçiləri ərazi ilk partiya təşkilatının sədri Tahir Xasi, YAP Ağsu rayon təşkilatının qadınlar şurasının üzvü Sehrayə Hümbətova, Təklə kənd orta məktəbinin müəllimi Əmrulla Kərimov çıxış edərək bildiriblər ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək, bu gün cəmiyyətin ən aparıcı qüvvəsinə çevrilibdir.

Tədbirdə YAP Ağsu rayon təşkilatının idarə heyətinin üzvü, Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək, bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Azərbaycanın əldə etdiyi uğurlardan danışıb. Ə.Seyidəliyev bildirib ki, Azərbaycanın hazırda ən yüksək zirvələri fəth etməsi Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Sonda bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

R.KAMALQIZI

Digər xəbərlər