PDF Oxu

Sosial

  • 362

Ölkədə yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərin sayı azalıb

Ölkədə yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərin sayı azalıb

Dünən Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ölkədə təcili yardım xidmətinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə 2006-cı ildə respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələri zamanı reanimasion-anestezioloji yardımın gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin 120 saylı əmri əsasında SN TTTYS nəzdində 12 regional məntəqə və "113" dispetçer mərkəzinin yaradıldığı və 2007-ci ildən tam fəaliyyətə başladığı qeyd olunub. 2007-2016-cı illər ərzində "113" xidmətinin dispetçer mərkəzinə yol- nəqliyyat hadisələri ilə bağlı 9394 müraciət qəbul edildiyi və bu hadisələr zamanı 12223 zərərçəkənə yüksək səviyyəli tibbi xidmət göstərildiyi vurğulanıb.

Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2009-2016-cı illər ərzində yol-nəqliyyat hadisələri ilə bağlı daxil olan müraciətlərin və zərərçəkənlərin sayı, həmçinin son 2 il ərzində azalmağa doğru gedir. Sevindirici haldır ki, son zamanlar ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayı da azalmışdır.

2016-cı ilin yanvar ayından noyabr ayınadək yol-nəqliyyat hadisələrində xəsarət alanların sayı 1984, xəstəxanaya yerləşdirilənlərin sayı 1677 nəfər təşkil etmişdir. BŞTTTYS-nın 21 bölməsi üzrə aparılan araşdırmalar göstərmişdir ki, yol nəqliyyat qəzaları daha çox Bakı şəhərinin Sabunçu, Yasamal, Binəqədi və Nərimanov rayonlarının payına düşür.

NƏZAKƏT

Digər xəbərlər