PDF Oxu

Sosial

  • 367

Ölkənin aparıcı-siyasi partiyası

Ölkənin aparıcı-siyasi partiyası

YAP Qax rayon təşkilatı partiyanın 24 illiyini qeyd edib

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatında partiyanın yaranmasının 24-cü ildönümü münasibəti ilə tədbir keçirilib. İlk öncə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri qoyublar.

YAP Qax rayon təşkilatının qərargahında davam edən tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Nizami Əhmədov açaraq qeyd etdi ki, Azərbaycanda ictimai-siyasi proseslərin inkişafında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrdən doğan zərurət idi: "Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün öz missiyasını şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirir. Nəticə olaraq, Yeni Azərbaycan Partiyası misilsiz nailiyyətləri olan alternativsiz siyasi partiyaya çevrilmişdir".

YAP Qax rayon təşkilatının aparat rəhbəri Natiq Allahverdiyev "Yeni Azərbaycan Partiyası - dövlətə və xalqa xidmət missiyası" mövzusunda çıxış edərək qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, 24 ildə keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan ətraflı danışıb.

Yığıncaqda çıxış edən YAP Qax rayon təşkilatı qadınlar şurasının sədri Sevil Əsgərova, rayon təşkilatı gənclər birliyinin sədri Elbrus Tağıyev, partiyanın veteran üzvü Əbdürrəhman Aşurov, YAP Qax rayon təşkilatının şura üzvü Xalid Heydərov öz sıralarında 700 mindən çox partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyasının Azərbaycanın xoşbəxt gələcəyi naminə fədakar fəaliyyətindən, 24 ildə keçirilən seçkilərdəki qələbələrindən, beynəlxalq əlaqələrindən geniş danışıblar.

Tədbirdə YAP Qax rayon təşkilatı idarə heyətinin üzvü, rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində, regionda analoqu olmayan ümumxalq partiyasına çevrilib və əminik ki, möhkəm təməl üzərində qurulan Yeni Azərbaycan Partiyasının uğurları davamlı olacaqdır.

Tədbirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyi münasibətilə YAP Qax rayon təşkilatı tərəfindən keçirilən şahmat üzrə rayon birinciliyinin qaliblərinə diplomlar verilib. Həmçinin, partiya sıralarına yeni qəbul olnmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Sonda partiya həyatına həsr olunmuş videoçarx nümayiş olunub.

A.SƏMƏDOVA

Digər xəbərlər