Dünən Naftalan şəhər icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir öncəsi Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsi önünüə gül-çiçək dəstəsi qoyulub və əziz xatirəsi yad edilib. Heydər Əliyev Mərkəzində davam etdirilən təbirdə Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və keçməkeşli tarixindən danışdı. O bildirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiya çox çətin və şərəfli yol keçib. YAP-ın yaradıcısı Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla davam etdirir.
Daha sonra YAP Naftalan rayon təşkilatının gənclər birliyinin sədri Aynurə Novruzova çıxış edərək, qeyd edib ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçirdi, bir-birini əvəz edən səriştəsiz, bacarıqsız siyasi quruplaşmalar xalqın düşdüyü bu ağır vəziyyətdən çıxarmaq əvəzinə, get-gedə daha təhlükəli həddə gətirib çıxartmışdı. Azərbaycanı anarxiya vəziyyəti bürümüşdü. Bu vəziyyətdən çıxmaq üçün xalqın güclü liderə və həmin liderin rəhbərlik edəcəyi güclü siyasi təşkilata böyük ehtiyacı vardı. Zamanın tələbinə görə, respublikamızın görkəmli ziyalıları tarixin sınaqlarından uğurla keçmiş Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək, YAP-ın yaradılmasını qərara aldılar və yaratdılar.
NƏZAKƏT