PDF Oxu

Sosial

  • 371

YAP milli dövlətçiliyimizə söykənən ümumxalq partiyasıdır

YAP milli dövlətçiliyimizə söykənən ümumxalq partiyasıdır

Dünən YAP Suraxanı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvəllcə Yeni Azərbaycan Partiyasının Himni səslənib. Sonra rayon məktəblilərinin ifasında ədəbi-bədii kompozisiya təqdim oldunub.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli idealları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanıb: "Bütün məsələlərdə daim ümumxalq mənafeyindən çıxış etmiş Ulu Öndər hakimiyyətdə olduğu hər iki mərhələdə eyni əzmlə çalışmış, qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün gücünü səfərbər etmişdir: "Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 24 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənmişdir".

Rayon təşkilatının sədri qeyd edib ki, ötən 24 ildə Yeni Azərbaycan Partiyasının cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz siyasi qüvvə kimi qəbul olunması da, məhz partiyanın Dahi Öndər Heydər Əliyev ideyalarına söykənməsi ilə bağlı olmuşdur.

Tədbirdə çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov YAP-ın ölkənin ictimai-siyasi həyatındakı roluna nəzər salıb" "YAP-ın yaranması Azərbaycanın siyasi həyatında yeni bir mərhələnin başlanğıcını qoydu. Qısa zaman kəsiyində təşəkkül tapan Yeni Azərbaycan Partiyası böyük nüfuza malik oldu. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, eyni zamanda, qoyduğu təməli əsasında ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub.

Millət vəkili Ağacan Abıyev çıxışında ötən 24 ildə Yeni Azərbaycan Partiyasının cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz siyasi qüvvə kimi qəbul olunması da, məhz partiyanın Ulu Öndər Heydər Əliyev ideyalarına söykənməsi ilə bağlı olduğunu qeyd edib: "2003-cü ildən bu siyasi xətti inamla davam etdirən, Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirən Prezident İlham Əliyevin ictimai rəydəki statusunun möhkəmlənməsinə təsir göstərən ən mühüm məqamlardan biri də dövlət rəhbərimizin kifayət qədər təkmil siyasi təlimə - Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir. Dövlət başçısı İlham Əliyev qısa zamanda yeni əsrin, yeni zamanın lideri kimi sübuta yetirmişdir ki, xalq taleyini ona etibar etməkdə heç də yanılmamışdır".

Tədbirdə çıxış edən millət vəkili Sevinc Fətəliyeva bildirib ki, 24 ildir ki, Yeni Azərbaycan Partiyası yaşayır, öz sıralarını genişləndirir və Müstəqilliyimizlə bərabər addımlayır, dünyanın aparıcı partiyaları ilə geniş siyasi əlaqəlar qurur, öz nüfuzu ilə tanınır: "YAP Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında indiki Azərbaycanı - yeni, müstəqil, günbəgün möhkəmlənən və güclənən Azərbaycanı qurdu".

Tədbirdə 118 saylı məktəbin müəllimi Ülkər Yaqubova, 24 saylı BŞX həkimi Şərqiyyə İsmayılova, rayonun gənc fəalları adından Baku BUS-un hüquqşunası Ramil İsmayılov, şəhid ailəsi Şövkət Xanməmmədova çıxış edərək, partiyanın 24 illik şərəfli və zəngin yol keçdiyini, Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı, partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərə nail olunduğunu bildiriblər.

Tədbirin sonunda YAP sıralarına yeni daxil olmuş bir qrup şəxsə partiyanın üzvlük vəsiqələri, YAP-ın yaranmasının 24-ci ildönümü münasibəti ilə bir qrup YAP Suraxanı rayon təşkilatı fəalına isə Fəxri fərmanlar təqdim olunub.

ZÜMRÜD

Digər xəbərlər