PDF Oxu

Sosial

  • 354

Güclü və nüfuzlu siyasi qüvvə

Güclü və nüfuzlu siyasi qüvvə

YAP Goranboy rayon təşkilatı partiyanın 24-cü ildönümünü qeyd edib

YAP Goranboy rayon təşkilatında YAP-ın yaranmasının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini yad etdilər. Heydər Əliyev Mərkəzinin akt zalında davam edən tədbiri YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq, qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində son dərəcə ağır və keşməkeşli günlərdə, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında tarixi zərurətdən yaranıb.

E.İsmayılov onu da vurğulayıb ki, 1992-ci il noyabrın 21-də Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə belə bir siyasi təşkilatın yaradılması Azərbaycan xalqının sosial sifarişi, cəmiyyətin tələbi idi: "Həmin dövrdə partiyanın yaradılması çox mürəkkəb ictimai-siyasi dövrə təsadüf edirdi. Ölkəni bu vəziyyətdən çıxarmağa qadir olan təcrübəli siyasi xadimə - Ümümmilli Liderə ehtiyac var idi. Bunu nəzərə alan 91 nəfər ziyalı Ümummilli Lider Heydər Əliyevə müraciət ünvanladı. Həmin müraciət 1992-ci ilin oktyabr ayının 16-da "Səs" qəzetində dərc etdirildi. Bu müraciət xalqın Dahi Öndər Heydər Əliyevə olan inamının ifadəsi idi. Bundan 8 gün sonra oktyabrın 24-də Ümummilli Lider Heydər Əliyevin ziyalılara müraciəti dərc olundu. Həmin müraciətdə ölkəni böhrandan xilas etməyin konsepsiyası, birmənalı şəkildə, öz əksini tapmışdır. Ulu Öndərimiz cavab müraciəti ilə müstəqil Azərbaycan dövlətinin gələcək taleyini müəyyənləşdirdi".

Görüşdə YAP rayon təşkilatının sədr müavini Əzra Həşimova "YAP qələbələrimizin mənbəyidir" mövzusunda çıxış edərək, partiyanın qələbələrlə dolu şərəfli bir yol keçdiyini vurğulayıb.

Goranboy rayon icra hakimiyyəti başçısı Nizaməddin Quliyev çıxış edərək bildirib ki, 1993-cü ildən xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev qısa zaman ərzində, mövcud problemləri aradan qaldıraraq müasir Azərbaycanın əsasını qoydu: "Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və YAP Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqına və dövlətinə xidmət edir".

Görüşdə rayon mədəniyyət şöbəsinin ilk partiya təşkilatının sədri Gündüz Hacıyev, rayon qadınlar şurasının sədri Səidə Məmməsdova və və başqaları çıxış edərək, partiyanın keçdiyi inkişaf yolundan bəhs ediblər.

Sonda YAP üzvlüyünə qəbul olanlara üzvülük vəsiqələri təqdim edilib.

R.HÜSEYNOVA

Digər xəbərlər