PDF Oxu

Sosial

  • 319

YENİ AZƏRBAYCAN PARTİYASINI TARİXİ ŞƏRAİT VƏ DAHİ ŞƏXSİYYƏT YARATDI

YENİ AZƏRBAYCAN PARTİYASINI TARİXİ ŞƏRAİT VƏ DAHİ ŞƏXSİYYƏT YARATDI

Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə Göygöl rayonunda təbdir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev çıxış edərək, YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyanın cəmiyyətdə aparıcı rolundan, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlardan danışıb; "YAP-ın hər bir üzvü tutduğu vəzifədən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, partiyanın sıravi üzvü kimi qarşıya qoyulan vəzifələrə nail olmaq məqsədi ilə səfərbər olmalıdır".

Tədbirdə YAP Göygöl rayon təşkilatının texniki-təbiət fənləri təmayüllü lisey ərazi ilk partiya təşkilatının sədri Zəhra Zeynalova, rayon təşkilatının gənclər birliyinin sədri Habil İsmayılov və başqaları çıxış edərək, YAP-ın keçdiyi şərəfli tarixi yoldan danışaraq, qısa müddətdə cəmiyyətdə öz layiqli yerini tutduğunu, cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildiyini bildiriblər.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının 24-cü ildönümü münasibətilə şahmat idman növü üzrə yarışlarda yer tutan komandalar qiymətli hədiyyə və diplomla təltif edilib, rayon təşkilatının partiya quruculuğu işində fəal iştirak edən bir qrup şəxslər fəxri fərmanlarla mükafatlandırılıb.

Sonda Göygöl rayon İH-nin başçısı Arif Seyidov çıxış edərək, bütün YAP üzvlərini tarixi ildönüm münasibəti ilə təbrik edib, bu şərəfli yolda uğurlar arzulayıb.

Ü.ƏSGƏROV

Digər xəbərlər