PDF Oxu

Sosial

  • 458

Yeniləşən və inkişaf edən partiya

Yeniləşən və inkişaf edən partiya

Dünən YAP Cəlilabad rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, Onun xatirəsini ehtiramla yad etmişlər.

YAP Cəlilabad rayon təşkilatının akt zalında keçirilən tədbiri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı açmış, Yeni Azərbaycan Partiyasının 24 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yarandığını bildirmiş və bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını və onların şəxsində partiyanın bütün üzvlərini təbrik etmişdir.

M.Mirxaslı partiyanın yarandığı tarixi şəraiti ətraflı xarakterizə etmiş, Azərbaycan ziyalılarının təşəbbüsü və Ulu Öndər Heydər Əliyevin gərgin əməyi sayəsində yaranmış Yeni Azərbaycan Partiyasının keçdiyi yolu, qısa müddətdə təşkilatlandığını və güclü siyasi qüvvəyə çevrildiyini, yaranışından 7 aya yaxın bir müddətdə iqtidar partiyasına çevrilməsi məsələlərini, hazırda partiya üzvlərinin sayının 700 min nəfərə yaxın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə çıxış edən YAP Cəlilabad rayon təşkilatı sədrinin müavini Hafiz Cavadov, rayon təşkilatı qadınlar şurasının sədri Fərqanə Məmmədova, rayon təşkilatının şura üzvləri Rahib Kərimov, Cahangir Muradov, Malik Əliyev, YAP rayon təşkilatı gənclər birliyinin sədri Vüsal Kazımov, partiya veteranları Ədalət Əsgərov və Ərəstun Kərimov rayon təşkilatının şura üzvü Lətifə Heydərova, gənclər və idman idarəsinin böyük məsləhətçisi Salamat Nəcəfov rayon təşkilatı idarə heyətinin üzvü Nadejda Jitkova və başqaları YAP üzvü olduqlarından qürur duyduqlarını, bundan sonra da ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləyəcəklərini, bütün siyasi proseslərdə fəal iştirak edəcəklərini bildirdilər, tədbir iştirakçılarını və onların şəxsində rayonun bütün YAP üzvlərini əlamətdar gün münasibətilə təbrik etdilər və onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzuladılar.

RƏFİQƏ

Digər xəbərlər