PDF Oxu

Sosial

  • 431

İspan yazıçısının "Seçilmiş əsərləri"nin təqdimatı keçirilib

İspan yazıçısının "Seçilmiş əsərləri"nin təqdimatı keçirilib

Kitab Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən çap olunub

Dünən Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, İspaniya Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Tərcümə Mərkəzi tərəfindən çap olunmuş ispan yazıçısı Migel Delibesin "Seçilmiş əsərləri" kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri Tərcümə Mərkəzinin direktoru Afaq Məsud açaraq, Azərbaycan və dünya ədəbiyyatının təbliği sahəsində gördükləri işlərdan danışıb. O, bu gün təqdimatı keçirilən ispan yazıçısı Migel Delibesin "Seçilmiş əsərləri" kitabı haqqında söz açaraq, qeyd edib ki, əsər Azərbaycan dilinə yazıçı-tərcüməçi Saday Budaqlı tərəfindən tərcümə edilib, redaktoru isə Mahir Qarayevdir.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək, Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, növbəti kitabın tərcüməsinə görə oxucular adından minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən İspaniya Səfirliyinin müvəqqəti işlər vəkili Jose Luis Diez, Argentinanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Carlos Dante Riva, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Dillər Universitetinin ispan dili kafedrasının müdiri Aynur Quliyeva ispan ədəbiyyatından, Azərbaycan dilinə tərcümə olunmuş əsərlərdən danışıblar.

Yazıçı-tərcüməçi Saday Budaqlı çıxış edərək bildirib ki, kitaba daxil edilmiş romanlarda Kastiliya kəndinin problemlərindən, Franko rejiminin gerçəklərindən, bu rejimin insan psixologiyasına təsirindən bəhs edilir.

Sonda Migel Delibesin "Seçilmiş əsərləri" kitabı tədbir iştirakçılarına paylanılıb.

ZÜMRÜD

Digər xəbərlər