PDF Oxu

Sosial

  • 972

"Qafqaz ekosistemi: dünən, bu gün, sabah" mövzusunda beynəlxalq elmi konfrans

"Qafqaz ekosistemi: dünən, bu gün, sabah" mövzusunda beynəlxalq elmi konfrans

Dünən AMEA-nın Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunan "Qafqaz ekosistemi: dünən, bu gün, sabah (Qafqazın 80 illik zooloji tədqiqatları)" mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanın ilk elmi-tədqiqat müəssisələrindən olan Zoologiya İnstitutunun keçdiyi böyük inkişaf yolundan danışıb.

Akademik vurğulayıb ki, Zoologiya İnstitutu hazırda Azərbaycanın dövlət siyasətinin mühüm prioritetlərindən biri olan elmin inkişafında yaxından iştirak edir, milli zoologiya elminin dünya elminə inteqrasiyası üçün müasir dövrün tələbləri səviyyəsində strukturun yaradılmasına çalışır.

Tədbirdə çıxış edən, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov elmi müəssisənin milli zoologiya elminin inkişafında rolundan, institut əməkdaşlarının müasir elmi istiqamətlər üzrə fəaliyyətindən söz açıb.

Elmi müəssisənin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdıran akademik Əhliman Əmiraslanov institutun Rusiyanın Zoologiya, Sitologiya, Elmi-Tədqiqat Bitki Mühafizəsi institutları və Tümen Dövlət Universiteti, Gürcüstanın Zoologiya İnstitutu, Fransanın Jozef Furye Universiteti, ABŞ-ın Texas və Kaliforniya universitetləri, Finlandiyanın Turku Universiteti, Türkiyənin Orta Doğu Texniki Universiteti, Almaniyanın Drezden Zoologiya Muzeyi və digər tanınmış xarici qurumlarla əməkdaşlıq əlaqələrindən və müştərək tədqiqatlarından danışıb.

Tədbirdə Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Türkiyənin Fırat Universitetinin Akvakultura və Balıq Xəstəlikləri Departamentinin müdiri, professor Naim Sağlam, London Kral Cəmiyyətinin üzvü, professor Rosi Skaravatti, Şmalhauzen adına Ukrayna Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru, professor Vitali Xarçenko, Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmlər doktoru Qara Mustafayev, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov və başqaları çıxış ediblər.

NƏZAKƏT

Digər xəbərlər