PDF Oxu

Sosial

  • 119

"Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik"

"Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik"

Kürdəmirdə regional konfrans keçirilib

Dünən Kürdəmirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda regional konfrans keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, bölgədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, dini işlər üzrə komissiyanın üzvləri, dini icma sədrləri, din xadimləri, habelə, ictimaiyyət fəalları və gənclər iştirak ediblər.

Regional konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən "Fitnə" sənədli filminin nümayişi ilə başlayıb. Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov tədbiri açaraq Azərbaycanın multikulturalizm siyasətinin daha dərindən mənimsənilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi ilə əlaqədar görülən işlərdən, bu sahədə qarşıda duran vəzifələrdən danışıb. İcra hakimiyyətinin başçısı respublikamızda tarixən müxtəlif millətlərin nümayəndələrinin birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşdıqlarını vurğulayıb.

Regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edib. M.Qurbanlı diqqəti "Fitnə" sənədli filmindəki faciəli səhnələrə cəlb edərək bildirib ki, aldadılaraq Suriyaya aparılan və orada həlak olan gəncin atasının keçirdiyi hisslər, terrorçuların təsiri altına düşən və həbsxanada yatan gənclərimizin peşmançılığı bu gün dini radikalizmin, islam dinindən öz siyasi məqsədləri üçün istifadə edən qüvvələrin törətdikləri fitnə-fəsadların nəticəsidir. Bu faciə radikalizmə qarşı hamılıqla mübarizənin zəruriliyini ortaya qoyur. Unutmaq olmaz ki, dini radikalizm dindən uzaqlaşmaqdır, islamı parçalamaq məqsədi daşıyır.

Qeyd olunub ki, ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri müvafiq qanunlarla tənzimlənir. Ali hüquqi qüvvəyə malik konstitusiyamızda beynəlxalq hüququn hamılıqla tanındığı norma və prinsiplər əksini tapmaqla yanaşı, bütün növ fundamental insan, vətəndaş hüquq və azadlıqları təsbit edilib.

Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Füzuli Cəfərov mövcud təhlükələrin ölkəyə yol tapmaması, multikultural və tolerant dəyərlərin qorunub saxlanılması üçün maarifləndirmə tədbirlərinin, o cümlədən, ayrı-ayrı təhsil müəssisələrində, kollektivlərdə konfransların, seminarların və təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Digər xəbərlər