PDF Oxu

Sosial

  • 1 425

Kənd turizmi mövzusunda Latviyaya təlim səfəri olub

Kənd turizmi mövzusunda Latviyaya təlim səfəri olub

Mədəniyyət və Turizm Nazirliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşlığı çərçivəsində cəmiyyətin Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı Göygöl Milli Parkı ətrafında yerləşən kəndlərdə turizmin təşviqinə hədəflənmiş pilot layihəni həyata keçirir. Mədəniyyət və Turizm Nazirliyindən qəzetimizə verilən məlumata istinadən, bununla bağlı, kəndlərdə evlərini turistlərə kirayə verən sahibkarlar üçün 19 oktyabr 2016-cı il tarixində Latviyanın Kənd Turizm Assosiasiyasının (Lauku Celotajs) eksperti Yuris Smalinskis tərəfindən "Kənd turizminin inkişafında beynəlxalq təcrübə" mövzusunda ilk təlim keçirilib.

Səfər iştirakçıları Lauku Celotajs-ın prezidenti xanım Asnate Ziemele tərəfindən qəbul edilmiş və assosiasiyanın çoxşahəli fəaliyyəti barədə dolğun məlumat əldə ediblər. Daha sonra onlar Latviyanın əsas tarixi və mədəni regionlarından biri sayılan Vidzeme əyalətində yerləşən Gauja Milli Parkının ərazisində yerləşən qonaq evlərinə və digər turizm müəssisələrinə səfər ediblər.

ZÜMRÜD

Digər xəbərlər