PDF Oxu

Sosial

  • 533

VI YUXU MİNSK QRUPU

VI YUXU MİNSK QRUPU

Atamın 3 sirk klounu ilə birgə gəlməsindən çox təəccübləndim. Dedim ata, yoxsa iş yerini dəyişmisən. Sən hara, bu sirk artistləri hara? Xalq səni tikinti-yol mütəxəssisi kimi tanıyır. Atam dedi: oğul, bunların kluon libası geyinməyinə baxma. Qəsdən belə geyiniblər ki, xalq onları tanımasın. Yoxsa qəfldən hücumlara məruz qala bilərlər. Bu 3 nəfər 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında gözə kül üfürməklə məşğul olan, həm də erməni dəyirmanına su tökənlərin övladlarıdır. Onlar öz postlarını öz balalarına veriblər ki, bu vəzifə çox gəlirli bir işdir. İstəyirlər ki, həm yüksək əmək haqqı alırlar, həm də Xəzərin qızıl balığı, Göyçə gölünü (Sevan) İşxan balığını dadlı konyak və araqla vurmaqla başlarını girələsinlər. Atalarının vəsiyyətlərinə əməl edən bu 3 nəfər səni beynəlxalq məhkəməyə vermək istəyirlər. Sənə irad tutub deyirlər ki, şair bizim atalarımıza həcv yazıb, onları kəndirbaz adlandırıb. Düzü, mən də bir ata kimi sənin taleyindən narahat oldum. Fikirləşdim ki, sən 4 ildir öz məmləkətimizdə qanuni sənədi kənara atıb, saxta sənədə qərar çıxaran hakimlərlə heç bacara bilmirsən. O ki qaldı gedib uzaq bir ölkədə necə özünü müdafiə edəcəksən?! Bir də ki, hazırda özünü haqq-ədalət carçısı kimi qələmə verən, əslində isə, öz çirkin əməlləri ilə Azərbaycan həqiqətlərinin məcrasını dəyişməyə can atan, özlərinin gözündə tiri görməyib, başqalarının gözündə çöp axtaran, islam dünyasını terrorçu kimi bütün dünyaya bəyan edib boyunlarına rəngli qalstuk gəzdirənlərlə necə dil tapacaqsan? Ona görə qorxdum ki, düz 23 ildir ki, Ermənistanın işğalçı qüvvələri torpaqlarımızın 20 faizini zəbt ediblər. Lakin bütün dünyanın aparıcı dövlətləri işğalçının bu hərəkətlərinə göz yumub susur və bu məsələyə laqeyd, ögey münasibət bəsləyirlər. Bu Minsk Qrupu Avropa Şurası ilə 1 milyon qaçqın və məcburi-köçkünün taleyi ilə məşğul olmaq əvəzinə, gəlib Azərbaycanda söz azadlığının olmamasını müzakirə obyektinə çevirirlər. Halbuki Azərbaycan dünyada yeganə dövlətdir ki, həm iqtidarın, həm də müxalifətin düşərgələrinin kütləvi informasiya qurumlarına eyni gözlə baxmaqla, onların maddi- təchizat bazasına pul vəsaiti ayırmaqla, pulsuz mənzillərlə təmin etməklə fəxri adlar və mükafatlar verməklə, onları öz peşələrinə daha ciddi-məsuliyyətli olmağa dəvət edib. Prezidentimiz İlham Əliyev öz atası Ulu Öndər Heydər Əliyevin yolunu davam etdirməklə, dəfələrlə jurnalistlərin yaxın dostu mükafatına və diplomlarına layiq görülmüşdür. Azərbaycanda çap olunan 500-dən artıq qəzet və jurnallara senzura nəzarəti yoxdur. Bu, o deməkdir ki, jurnalist azaddır və öz fikrini həmişə açıq şəkildə oxuculara çatdıra bilər. Lakin onların arasında elələri də var ki, onlar bundan istifadə edərək, dələduzluq yolu tutub və əsl jurnalistlərin adına ləkə gətirirlər. Təkcə bir faktı demək kifayətdir ki, "Azərbaycan" jurnalının hüquqşünası, həm də yazıçı-jurnalist kimi tanınan Şəmsi Vəfadar dələduzluq maddəsi ilə həbs olunmuşdu. Bundan başqa, elələri də var ki, saxta jurnalist vəsiqəsi ilə müəssisə və təşkilatlara gedib pul qoparmaq niyyəti ilə onlara hədə-qorxu gəlməklə varlanmaq istəyirlər.

Xülasə, bu 3 nəfər yeni təyin olunmuş Minsk Qrupu üzvləri ilə tanış oldum. Onları başa saldım ki, sizdən qabaq Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan, lakin heç bir irəliləyiş əldə olunmayan ata yolu ilə getsəniz, sizə də həcv yazıb, bütün yer üzündə biabr edəcəyəm. Fransadan olan nümayəndə dedi ki, Ramiq Muxtar, yaxşı olar bu söhbəti ayaq üstə yox, süfrə arxasında davam etdirək. Çünki elə qəliz söhbətlər var ki, onu ayıq başla həll etmək mümkün olmayacaq. Mən fransız həmsədrin fikrini anladım. Onlarla birlikdə restorana gəldim. Mən badəni qaldırıb tost dedim: Biz azərbaycanlılar çox sadəlövh, təmiz insanlarıq. Tarix boyu bizim qonaqpərvərliyimiz, insanlara isti münasibətimiz hamıya xoşbəxtlik, səadət arzulamağımız hər kəsə bəllidir. Bizim Minsk Qrupundan heç bir xahişimiz, təmənnamız yoxdur. Atalarınız bu münaqişəni 23 il damdan-dama ataraq, başlarını girələyib getdilər. Özləri ilə yurdundan-yuvasından ayrı düşən adamların lənətini apardılar. Sizdən xahişim budur ki, o sabiq Minsk Qrupunun yolunu tutmayasız. Haqqı nahaqın quyruğuna bağlamayasınız. Əgər Allahın varlığına inanırsınızsa, Ondan qorxun! İşğalçıları torpaqlarımızdan çıxarın. Fransız nümayəndəsi ayağa qalxıb, səndələyə-səndələyə dedi. Axı biz kimik ki, nəyisə həll edək. Biz də yuxarıda oturan və bizi bu vəzifəyə təyin edənlərin dediklərini həyata keçirmək üçün buraya gəlmişik. Bizim nə gücümüz var, nə də sözümüzün kəsəri. Bu işi uzadan da onlardı, pəl vuran da onlardı. Siz gedin o üç prezidentin yaxasından yapışın. Sizin gözəl bir atalar misalınz var: Ələkçiyə qıl verənlər. Biz o cür ələkçilərə qıl verənlərik. Yaxud da bu gün Avropada hələ də dillərdə gəzən, vaxtilə sizin dövlət rəhbəriniz olmuş Yaqub Məmmədovun peşkalarıyıq. Siz gedin 4 qətnamə qəbul edib, lakin işğalçıya gücü çatmayan Birləşmiş Millətlər Təşkilatının Baş katibindən torpaqlarınızı tələb edin. Böyük rus şairi Puşkin hələ o vaxt erməniləri yalançı, qorxaq, yaltaq və min bir sifət sahibi kimi tanıdığını söyləmişdi. 200 il keçməsinə baxmayaraq, o klassik yaltaqlıq ənənəsi indiyədək onlarda davam edir. Minsk Qrupunun Amerika və Rusiya nümayəndəsi fransızın sərxoş olub bu sirləri açıb-tökməsindən çox narahat oldular. Araya söz qataraq, məndən xanəndə Alim Qasımovun ev ünvanını istədilər. Dedilər ki, onun yazılı videoları mağazalarda tapılmır. Mən isə öz-özümə fikirləşdim ki, birdən bu namərdlər Alim Qasımovun səsini batırmaq üçün düşmən mövqeyi tutarlar. Çünki Alim Qasımov Azərbaycan həqiqətlərini çatdırır. Dünyaya öz səsi ilə haray salıb Azərbaycana haqq səsini çatdıran bu əvəzolunmaz xanəndəmizin səsini batırıb aradan götürərlər. Nə isə, doğurdan da, içki məclisinin bir gözəlliyi odur ki, insanlar vurandan sonra həm mehribanlaşırlar, həm də ürək sözlərini açıb-tökürlər. Bəli, atamla mənə bəlli oldu ki, Yaqub Məmmədovun bu peşka qrupundan bir nəticə gözləməyə dəyməz. Ümid ancaq qalıb Azərbaycan əsgərinə. Bunun üçün Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan dövlətinə təcili olaraq notalar verməlidir. Çünki sabah bu münaqişə alovlansa, bizim özümüzü sığortalamağa əlimizdə sənədimiz olsun. Mən sonra Minsk Qrupunun nümayəndəsinə Rusiyanın prezidenti Vladimir Putinə ünvanladığım məktubu verib dedim ki, siz bu məktubu mütləq Vladimir Putinə çatdırın. Qoy o mənim - 75 yaşlı şairin ürək sözlərini eşitsin: "Çox hörmətli Vladimir Vladimiroviç! Siz bu gün iki superdövlətdən birinin başçısısız. Bu gün heç bir dövlət istəməz ki, müharibəyə qoşulsun. Aydındır ki, əgər Üçüncü Dünya müharibəsi başlasa, bu müharibədə qalib olmayacaq. Bugünkü müasir silahlar ola bilər ki, yer kürəsini öz məhvərindən çıxarsın. Bu da tək yer kürəsi yox, bütün göy cisimlərini hərəkətə gətirib, böyük fəlakətlərə səbəb ola bilər. Bu gün həyatda yaşayan hər hansı bir insan, aydındır ki, 150 ildən sonra həyatda olmayacaq. Bəs bizim haqqımız nədir ki, bizdən sonra dünyaya gələcək insanların həyatlarını məhv edək həyatın bu şirinliyindən onları məhrum edək. Mənim bu sözlərimi eşidib münaqişə ocaqlarının söndürülməsinə müdaxilə edin. Qoy gələcək nəsillər səni Rusiyanın ən ağıllı, düşüncəli, haqqı-ədaləti bayraq edən bir rəhbər kimi xatırlayıb yad etsinlər. Bir də ki, sevib-seçdiyin Anna Kabayevanın millətinə öz sevgini əsirgəmə. Səni gələn il öz 75 illik yubileyimə dəvət edəcəyəm. Ramiq Muxtar şair-dramaturq.

29 kv mənzildə yaşayan Bakı sakini. (050 344-29-11)"

Sonra mən Minsk Qrupuna yazdığım "Üç kəndirbaz" şeirini oxudum:

Üç kəndirbaz əlində,

Bu millət qalıb yesir.

20 ildir bu üçlük,

Pambıq ilə baş kəsir.

Külək hamıya bəlli,

Şimaldan-Qərbdən əsir.

Digəl ki, aldanırıq,

Verilən şirin vədə.

Salıb bizi oyuna,

Üç kəndirbaz, üç gədə.

Hər gəlişdə dəyişən,

Pencəklərin rəngidi.

Bir də həlim-mülayim,

Səslərin ahəngidi.

Bu zatı qırıqları,

Doğan ana tülküdü.

Bilərəkdən bunları,

Durmayırıq biz qəsdə.

Salıb bizi oyuna,

Üç kəndirbaz, üç gədə.

Birinin gözlərindən,

Nazı-qəmzəlik yağır.

İnsan cəlladı, qəssab,

Bizə qeyzlə baxır.

Fransız ədəbaz da,

İçir kəmşirin çaxır.

Tost deyib şənlərinə,

Qaldırırıq biz badə.

Salıb bizi oyuna,

Üç kəndirbaz, üç gədə.

İstəmirlər bu savaş,

Tez zamanda sovuşun.

Bir milyon didərgin,

Torpağına qovuşsun.

Bunlar müsəlmandılar,

Nə olursa qoy olsun.

Mürəkkəb danışıqlar,

Çözəlib olur sadə.

Salıb bizi oyuna,

Üç kəndirbaz, üç gədə

Qarabağın açarı,

Putinin seyfindədi.

O da gimnast xanımla,

Bağında kefindədi.

Yusif Sərrac baş nazir,

Dustaqdı, evindədi.

Tez-tez barmaq göstərib,

Gəlirlər bizə hədə.

Salıb bizi oyuna,

Üç kəndirbaz, üç gədə.

Deyirlər hər gecənin,

İşıqlı gündüzü var.

Ayın da bizdən küsən,

Görünməyən üzü var.

Bu oyunda vallahi,

Xristian izi var.

Xaç atası İsadan,

Gəlməsə göydən səda.

Qurtarmaz bu oynu,

Üç kəndirbaz, üç gədə.

VII YUXU, MƏHƏMMƏD FÜZULİ

Digər xəbərlər