PDF Oxu

Sosial

  • 306

Kəlbəcər məktəbliləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində

Kəlbəcər məktəbliləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində

Dünən "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin təşəbbüsü ilə Xırdalandakı 20 saylı Kəlbəcər orta məktəbinin şagirdləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar.

"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirib ki, birliyin təşəbbüsü ilə "Multikulturalizm ili" çərçivəsində məktəblilərin BBMM-də görüşünü təşkil etməkdə məqsəd gəncləri bu qurumun fəaliyyəti və gördüyü çoxsaylı işlərlə tanış etməkdir.

BBMM-in şöbə müdiri Sərxanbəy Xudiyev mərkəzin fəaliyyəti və həyata keçirdiyi beynəlxalq və regional layihələr barəsində məktəblilərə məlumat verib: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılıb: "Hazırda 20 xarici, 28 yerli universitetdə Azərbaycan multikulturalizmi fənni tədris edilir. Mərkəz xarici ölkələrdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün, mütəmadi olaraq, beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edir. Bununla da, həmin gənclər nəzəri şəkildə öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani şəkildə tanış ola bilirlər".

Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara BBMM-in hədiyyələri təqdim olunub.

NƏZAKƏT

Digər xəbərlər