PDF Oxu

Sosial

  • 22 443

Xalqın rifahı Prezidentin prioritet siasətidir

Xalqın rifahı Prezidentin prioritet siasətidir

İlham Əliyev: "Qısa müddətdə həm ölkə iqtisadiyyatı, həm iş adamları xeyir götürəcəklər"

Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri də əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Ölkəmizdə bütün sahələrdə, o cümlədən, sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Dövlətin uğurlu sosial siyasəti nəticəsində əhalinin rifahı, güzəranı xeyli yüksəlib və yoxsulluğun ümumi səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyev sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə ölkəmizin daha da qüdrətlənməsinin, dinamik inkişafının əsas leytmotivini təşkil edilib. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Bununla Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlət başçısı İlham Əliyevin hər bir addımda vətəndaşların mənafeyini əsas götürür.

Bu günlərdə ölkə Prezident İlham Əliyevin Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın sakinləri ilə görüşü bu deyilənlərin məntiqi nəticəsidir. Prezident İlham Əliyev mərasimdə çıxışı zamanı da xalqın rifahının yaxşılaşması istiqamətində bundan sonra da işlərin davam etdiriləcəyini bildirib: "Belə layihələrin icrasının əsas məqsədi insanları gözəl mənzillərlə təmin etməkdir, özü də pulsuz. Bax, burada yaşayan insanlar bu gün bundan iki dəfə daha böyük mənzillərə sahib olurlar, köçəcəklər, yaxşı yaşayacaqlar. Digər məqsəd şəhərimizin abadlaşmasıdır. Çünki bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Şəhərimizin müxtəlif yerlərində gözəl binalar tikilir. Çox istərdim ki, şəhərimizin bütün yerlərində memarlıq baxımından çox gözəl binalar tikilsin. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı icra edilir və bu layihə, eyni zamanda, memarlığa da verilən böyük töhfədir".

Prezidentin son qərarları əhalinin sosial rifahının güclənməsinə hesablanıb

Ötən il Azərbaycan Respublikası Prezidentinin "Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" imzaladığı Fərmanına əsasən, ölkəmizdə "güzəştli mənzil" sisteminin yaradılması bir daha dövlət başçısınqı xalqına olan diqqət və qayğısının bariz nümunəsi olmaqla yanaşı, həm də bu Fərman mənzil probleminin həllində yeni bir mərhələ kimi qiymətləndirilir.

Söügedən məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Bayramov "SƏS" qəzetinə açıqlamasında yeni sistemin əhəmiyyətini qeyd edərək bildirdi ki, artıq sosial evlərin inşa edilməsi ilə bağlı yer Yasamal rayonu ilə razılaşdırılıb və qərar verilib: "Eyni zamanda, digər şəhər və rayonlarda da mərhələli şəkildə mənzillər inşa ediləcək. Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Təbii ki, üç otaqlı mənzil üçün aylıq ödəniş 300 manatdan az olmasına çalışılır. 2 və 1 otaqlı mənzillər üçün aylıq ödəniş, müvafiq olaraq, aşağı olacaq və aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir. Sosial evlərin qimətləndirilməsində göstərilir ki, birinci mərhələdə 200 min ailəyə evlərin verilməsi nəzərdə tutulub".

İqtisadçı-alim onu da qeyd edib ki, sosial mənzillərə sahib olacaq vətəndaşlar hər ay üçün 150 manat ödəniş edəcəklər: "Daha dəqiq məbləğ xərclər hesablandıqdan sonra bəlli olacaq. Ancaq bütün hallarda ikiotaqlı mənzillərin aylıq ödənişi təxminən 150 manat dəyərində müəyyənləşəcək. Bununla da vətəndaşlar mənzil problemlərini sosial evlər vasitəsilə həll etmiş olacaqlar".

Sosial evlərin verilmə təşəbbüsünü dəstəkləyənlərdən biri olduğunu deyən V.Bayramlı onu da əlavə edib ki, 5 ilə yaxındır ki, bu istiqamətdə tenderlərin keçirilməsi ilə bağlı fikirlərimi bildirib: "Sosial evlərin yaradılması çox vacibdir və ölkə başçısının bununla bağlı səsləndirdiyi fikirlər təqdirəlayiqdir. Ölkəmizdə mənzil təminatının genişləndirilməsi baxımından olduqca vacibdir. Sosial evlər vətəndaşlara az vəsait ödəməklə mənzil əldə etməyə imkan yaradacaq. Ölkə Prezidenti sosial evlərin yaradılması ilə bağlı siyasi iradə nümayiş etdirdi. Artıq sosial evlərin inşasına başlamaq üçün yerlər də müəyyənləşib. Bu da, o deməkdir ki, 2019-cu ilin əvvəllərindən başlayaraq, Azərbaycan vətəndaşları sosial evlərə sahib ola biləcəklər. Dövlətin bu istiqamətdə atdığı addımları dəstəkləyirəm. Bu, həm dövlət, həm də vətəndaşlar üçün vacibdir".

Ölkə Prezidenti bütün çıxışlarında öz işinə laqeyd yanaşan, vətəndaşların şikayətlərinə etinasız baxan və vəzifə borcunu layiqincə yerinə yetirə bilməyən məmurlara daim xəbərdarlıq edir və barələrində ciddi ölçü götürür. Bu, ölkə Prezidenti İlham Əliyevin dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığa, insanlara qarşı münasibətdə diqqətə və həssaslığa malik lider olduğunu parlaq şəkildə əks etdirir.

"Hər bir məmur xalqının xidmətçisi olmalıdır"-deyən Prezident İlham Əliyev hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirir.

Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik."

Beləliklə, yuxarıda göstərilən məqamlar bir daha sübut edir ki, ölkə Prezidenti İlham Əliyevin bütün fəaliyyəti və verdiyi son qərarları Azərbaycanda əhalinin sosial rifahının güclənməsinə hesablanıb və xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bu isə, ölkəmizdəki sağlam yaşam mühiti, təhlükəsiz həyat şəraiti, birmənalı olaraq, dövlətimizin başçısı İlham Əliyevin apardığı və qarşıya qoyduğu məqsədyönlü, qabaqcıl siyasətinin nəticəsidir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər