Bakı Slavyan Universitetinin tələbə və müəllim heyətinin təşəbbüsü ilə Bakının Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə kampaniyası həyata keçirilib. Qeyd edək ki, universitetin rektoru, professor Nurlana Əliyeva Bakı şəhəri və şəhərətrafı ərazilərin yaşıllaşdırılması tədbirlərində tələbə gənclərin iştirak etmək arzusunu nəzərə alaraq, bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdi. Müraciət adıçəkilən nazirlik tərəfindən müsbət qarşılanıb.
Tədbirdə Universitetin 150 tələbəsi və 20-yə yaxın müəllimi iştirak edib. Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, universitetin həmkarlar təşkilatının sədr müavini Fikrət Həsənov da iştirakçılar arasında olub. Tələbələr qısa müddət ərzində təyin edilmiş ərazidə 150 ədəd küknar əkib. Elə oradaca qərara alınıb ki, həmin ağaclara gələcəkdə də BSU kollektivi qulluq etsin.
Tələbələrin müəyyən edilmiş əraziyə gedib-gəlməsini Xaliq Faiqoğlu şirkəti təmənnasız təmin edib. Kompaniyanın sonunda tələbələr və müəllim kollektivi əkdikləri ağacların fonunda xatirə şəkili çəkdiriblər. İnanırıq ki, BSU-nun bu aksiyası digər universitetlər tərəfindən də dəstəklənəcək və şəhərətrafı ərazilərin yaşıllaşdırılmasına öz töhfələrini verəcəklər.
ZÜMRÜD