PDF Oxu

Sosial

  • 303

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilib

image

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında rayon icra hakimiyyətinin və mərkəzin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda növbəti açıq dərs keçirilib. Açıq dərsdə rayonun 84, 87, 89, 97, 101 və 104 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak ediblər.

Növbəti açıq dərsdə iştirak edən şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olub, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə mərkəzin 2-ci mərtəbəsində xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada mərkəzin sifarişi ilə hazırlanmış "Millət Atası" filmini izləyiblər.

Açıq dərs Dövlət Himninin oxunması ilə başlayıb. Açıq dərsdə 87 nömrəli tam orta məktəbin müəllimi Sevil Məmmədsalahova, 89 nömrəli tam orta məktəbin müəllimi Nigar Abdinova, 97 nömrəli tam orta məktəbin müəllimi Yeganə Məmmədova və başqaları, animasiyadan istifadə etməklə, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat veriblər.

Dərsdə xüsusi vurğulanıb ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyaları 21-ci əsrdə Onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ümummilli Liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid və pənah yerinə çevrilib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, nəinki Azərbaycanda, eləcə də, ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər