PDF Oxu

Sosial

  • 201

Horadizdə "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda regional konfrans keçirilib

Horadizdə "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda regional konfrans keçirilib

Horadiz şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Füzuli rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda regional konfrans keçirilib.

Konfransda DQİDK, Füzuli rayon icra hakimiyyəti, Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, eləcə də ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.

Füzuli rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev konfransı açaraq, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsindən, "Multikulturalizm ili" elan olunan 2016-cı ildə bu sahədə reallaşdırılan layihələrdən danışıb.

DQİDK sədrinin müavini Gündüz İsmayılov dövlətimizin din siyasətinin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən multikultural cəmiyyətin bütün incəliklərinin hesaba alınması ilə qoyulduğunu qeyd edərək, bu ənənənin hazırda yüksək səviyyədə davam etdirildiyini bildirib. Dövlət Komitəsi sədrinin müavini ölkəmizin zəngin multikultural mühitinə əsas təhlükə törədən potensial və real təhdidlərə diqqət çəkərək, dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən bəhs edib.

Tədbirin ikinci hissəsi diskussiya şəraitində keçib, milli dəyərlərimizin qorunması, nümunəvi Azərbaycan gəncinin əsas xüsusiyyətləri, qloballaşma şəraitində müasirləşmənin milli özünəməxsusluğun itməsi hesabına baş verməməsi üçün görülən işlər müzakirə edilib.

Mövzu ilə bağlı gənclərin fikirləri dinlənilib, müzakirələr aparılıb.

NƏZAKƏT

Digər xəbərlər