PDF Oxu

Sosial

  • 111

Görkəmli rəssamın ad gününə həsr edilmiş "Nəsillərin qovuşması" adlı tədbir keçirilib

Görkəmli rəssamın ad gününə həsr edilmiş "Nəsillərin qovuşması" adlı tədbir keçirilib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Tahir Salahovun ev-muzeyi tərəfindən görkəmli rəssamın ad gününə həsr edilmiş "Nəsillərin qovuşması" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov 2011-ci ildə Tahir Salahovun öz emalatxanasını, əsərlərindən ibarət olan şəxsi kolleksiyasını və arxivini Azərbaycan dövlətinə təmənnasız olaraq hədiyyə etdiyini vurğulayaraq, həmin il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, yaradılmış Tahir Salahovun ev-muzeyi öz qapılarını ictimaiyyət üçün açaraq, İçərişəhərin əsas incəsənət və mədəniyyət mərkəzlərindən birinə çevrilməsini qeyd edib.

Digər natiqlər də öz çıxışlarında görkəmli rəssama ən xoş arzularını bildiriblər. Vurğulanıb ki, Tahir Salahovun əsərləri bu gün də dünyanın bir çox muzeylərini bəzəyir, fərdi sərgiləri böyük maraqla qarşılanmaqla yanaşı, sənət aləmində hadisəyə çevrilir.

Tahir Salahovun ev-muzeyində sənətkarın öz əsərləri ilə yanaşı, onun yaradıcılığından təsirlənən gənc rəssamların da rəsm əsərləri təqdim olunub. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də musiqili proqramla çıxış ediblər.

ZÜMRÜD

Digər xəbərlər